AZ | RU | EN
AZ | EN | RU

Astara rayonunda aztəminatlı ailələrə yardımlar edildi

28 Apr 2020

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Azərbaycan Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının xidmətində olan təşkilatlar tərəfindən əhaliyə ərzaq məhsullarından ibarət sovqatların verilməsi davam etdirilib.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Azərbaycan Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının xidmətində olan təşkilatlar tərəfindən əhaliyə ərzaq məhsullarından ibarət sovqatların verilməsi davam etdirilib. Astara "49 №li Yol İstismarı" MMC və Yardımlı "51 №li Yol İstismarı" MMC Həmkarlar İttifaqı Komitələrinin təşkilatçılığı ilə  növbəti dəfə aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardım aksiyası həyata keçirilib. Onlara gündəlik zəruri qida məhsullarından ibarət ərzaq sovqatı paylanılıb, ailələrlə profilaktik söhbətlər aparılıb. Vətəndaşlar göstərilən diqqət və qayğıya, eləcə də ölkəmizdə Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

FAYDALI KEÇİDLƏR