AZ | RU | EN

Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Federasiyasının (EPSU) 9-cu qurultayı keçirilmişdir

25 May 2014

25.05.14May 20-23 də Fransanın Tuluza şəhərində Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Federasiyasının (EPSU) növbəti, 9-cu qurultayı keçirilmişdir.

Tədbirdə Azərbaycanı Kommunal İşçilərin Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Telman Hacıyev, Səhiyyə İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilat şöbənin müdiri Elmira İsmayılova, Dövlət İdarələri və İctimai Xidmət İşçilərin Həmkarlar İttifaqı Respublika Komitəsinin məsləhətçisi Şaiq Əhmədov və Mədəniyyət İşçilərin Həmkarlar İttifaqı Respublika Komitəsinin Beynəlxalq Əlaqələr və İnformasiya şöbənin müdiri Zaur Həmidov təmsil etmişdir.

Qurultayda Federasiyanın son 5 ildə gördüyü işlər haqqında hesabat dinlənilmiş, ötən dövrü əks etdirən video-çarx nümayiş etdirilmişdir.

Tədbirdə EPSU-nun İcraedici Komitəsinin nümayəndə heyətinə formalaşması üçün seçki keçirilmişdir. Seçkidə  Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Beynəlxalq Əlaqələr və İnformasiya şöbənin müdiri Zaur Həmidov EPSU-nun İcraedici Komitəsinin nümayəndəsi seçilmişdir.

Qurultayda 46 ölkədən 500-dən çox Həmkarlar İttifaqı üzvü iştirak etdiyi tədbirdə Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Federasiyasının (EPSU) Prezidenti   vəzifəsinə İsveçin  Kommunal İşçiləri Həmkarlar İttifaqının Baş Katibi Annelie Nordstrom, baş katib vəzifəsinə isə Jan Willem Goudriaan seçilmişdilər.