Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat vəsait köçürdü
21 Mar 2020
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 20 mart tarixli qərarı ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat vəsait ayırıb.
Qərarda bildirilir ki, Ümumdünya
Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilmiş koronavirus
(COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı başda cənab
Prezident olmaqla bütün qurumların, o cümlədən ictimaiyyətin həyata keçirdiyi təxirəsalınmaz
tədbirlər effektivlik baxımından təqdir olunmalıdır.
Azərbaycan Prezidenti
İlham Əliyevin tapşırığı ilə hökumətin həyata keçirdiyi tədbirlər cəmiyyət tərəfindən
yüksək qiymətləndirilir, o cümlədən həmkarlar təşkilatları üzvləri ölkə
başçısının 19 mart tarixli Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək
Fondunun yaradılmasını dünyanı həyacanlandıran infeksiyanın qarşısının
alınmasında mühüm hadisə kimi dəyərləndirirlər.
Qərar mətnində ölkə
ictimaiyyətinə Nazirlər Kabineti yanında
operativ qərargahın tələblərinə maksimum səviyyədə əməl olunması ilə bağlı
çağırış da ünvanlanıb.