Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Silahlı Qüvvələrimizin Yardım Fonduna maliyyə yardımı göstərdi
05 May 2016
Son günlər erməni hərbi birləşmələrinin sərhədyanı bölgələrdə törətdiyi təxribatlar və bu təxribatların qarşısının rəşadətli ordumuz tərəfindən qəhrəmancasına alınması xalqımızda böyük ruh yüksəkliyi yaratdı.
Ordumuz təkcə təxribatın qarşısını almaqla kifayətlənməyib, eyni zamanda, işğal olunmuş ərazilərdə bir sıra strateji yaşayış məntəqələrini və yüksəklikləri azad etdi.
Cəmiyyətimizin hər bir üzvü orduya, vətənə sədaqətini bildirmək üçün əlindən gələnlərini əsirgəmədi. Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında toplanmış maliyyə vəsaiti Silahlı Qüvvələrə Yardım Fondunun Hesabına köçürüldü.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin günün tələbləri səviyyəsində inkişafının təmin edilməsi, onun maddi texniki bazasının möhkəmləndirilməsi, zəruri sosial tədbirlərin maliyyələşdirilməsi və silahlı qüvvələrimizin müasir silah arsenalı ilə təmin olunması məqsədilə mühüm qərar qəbul etdi.
Bu gün AHİK-in İcraiyyə Komitəsi Azərbaycan Respublikasının Silahlı
Qüvvələrinin inkişafı və maddi texniki bazasının möhkəmləndirilməsi məqsədilə Silahlı
Qüvvələrimizin Yardım Fonduna 50 000 (əlli min) manat maliyyə yardımı
göstərilməsi haqqında qərar qəbul edib.