Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası V qurultayının nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bütün dünya həmkarlar ittifaqlarına MÜRACİƏTİ
11 Feb 2018
Biz - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası V qurultayının nümayəndələri bütün dünya həmkarlar ittifaqlarına müraciət edərək Azərbaycan torpaqlarına və xalqına qarşı 25 ildən çox davam edən, beynəlxalq və regional sülhə, sabitliyə təhdid olan erməni təcavüzünə öz etirazımızı bildirir və sizi Dağlıq Qarabağ probleminin ədalətli həlli istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırırıq.
Ermənistanın silahlı qüvvələrinin
və onların havadarlarının köməyi ilə respublikamıza qarşı aparılan müharibə nəticəsində
ölkəmizin ərazisinin 20 faizi işğal olunmuş, bir milyondan artıq azərbaycanlı öz
tarixi, doğma torpaqlarından didərgin salınmış, on minlərlə insan vəhşicəsinə öldürülmüş,
minlərlə vətəndaşımız itkin düşmüş və girov götürülmüşdür.
Təəssüflərolsunki, BMT Təhlükəsizlik Şurasının zəbtolunmuş Azərbaycan ərazilərindənerməniqəsbkarların qeyd-şərtsiz çıxarılmasını tələbedən 4 məlumqətnaməsi, ATƏT, Avropa
Parlamenti, Avropa Şurasının bir sıra qərar və qətnamələri hələ də icra olunmur, erməniterrorçuları törətdikləricinayətlərə görə hələ də cəzaalmayıblar. Belə cəzasızlıqmühiti isə öznövbəsində əlavə itkilərlə, gərginliyin daha
da artmasına səbəb olur. Azərbaycan ordusu 2016-cı ilin aprelində erməni silahlı
birləşmələrinin təxribatının qarşısını aldıqdan sonra qəsbkarlar taktikanı dəyişərək
dinc əhalini, xüsusilə qadın və uşaqları hədəfə alırlar ki, bu da insanlıq normalarına
tamamilə ziddir. Münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun həmsədr ölkələri
rəhbərlərinin status-kvonun hazırki vəziyyətdə saxlanılmasının qeyri-məqbulluğu
barədəki bəyanatları Ermənistan rəhbərliyi tərəfindən qulaqardına vurulur.
Erməni rəhbərliyi tərəfindən sülh
və təhlükəsizliyə saymazyana münasibət bəsləyir, işğal altında olan torpaqlarımızda
tarixi və mədəniyyət abidələrimiz dağıdılır və ya mənimsənilir. Etnik təmizləmə
nəticəsində boşaldılmış ərazilərimizdə beynəlxalq hüquqa zidd olaraq məskunlaşdırma
siyasəti həyata keçirilməkdədir.
Bizi ən çox narahat edən isə dünyada
beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsinə münasibətdə və separatizmlə
bağlı ikili siyasət formalaşmasıdır.
Bu siyasçətin nəticəsində
layiqli qiymətini almayan təcavüzkarlar yeni-yeni bəşəri cinayətlər törədir,
dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, miqrant
fəlakətlərinə zəmin yaradırlar. Bu gün beynəlxalq terrorizmin tüğyan etməsi,
dünyanın müxtəlif nöqtələrində həyata keçirilən silsilə terror əməlləri bəşəri
fəlakətlərə zamanında layiqli hüquqi-siyasi qiymətin verilməməsinin acı
fəsadlarıdır.
Ermənistan Dağlıq Qarabağ
regionunu narkotiklərin yetişdirilməsi və onların tranziti üçün istifadə edir. Bu
barədə dəfələrlə beynəlxalq qurumlara, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının
Narkotiklər üzrə Baş İdarəsinə konkret məlumatlarla müraciət olunmuşdur. Təəssüf
ki, beynəlxalq təşkilatlar Ermənistana bu məsələdə təsir göstərməkdə acizdirlər.
Azərbaycanın illərdir beynəlxalq təşkilatlara etdiyi müraciətlərə rəğmən,
Xocalı soyqırımı faktı hələ də lazımi səviyyədə siyasi, hüquqi qiymətini
almayıb. Baxmayaraq ki, Xocalı faciəsi insanlığa qarşı törədilmiş Holokost,
Xatın soyqırımları kimi qətliamlarla bir sırada dayanır. Ermənistanın işğalı davam
etdirməsi təkcə Azərbaycan və region üçün deyil, eyni zamanda bütün dünyada sülhə
və təhlükəsizliyə maneədir.
Biz, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının V qurultayının nümayəndələri Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa
edilməsi, təhlükəsizliyin gücləndirilməsi, regionda qanunsuz silah və narkotik daşımalarının
qarşısının alınması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün aradan qaldıdırılması
məqsədilə dünya həmkarlar ittifaqlarına müraciət edir, onları haqq və ədaləti müdafiə
edərək daha fəal mövqedən öz sözlərini deməyə
səsləyirik!
Dünyanın çeşidli ölkələrində
əməkçilərin müstəqil təşkilatlarında birləşən milyonlarla bacı və qardaşlarımızı
bir daha sülhyaratma proseslərinə dəstək verməyə, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə,
respublikamızın ərazi bütövlüyünün bərpa edilməsində yardımçı olmağa çağırırıq.
AHİK-in V qurultayının nümayəndələri.
Bakı şəhəri,
5 fevral
2018-ci il.