Azərbaycan həmkarlar ittifaqlarının nümayəndəsi Avropa çempionu oldu
23 Nov 2020
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdindəki “Atilla” İdman Klubunun yetirməsi Orxan Səfərov Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının ilk günündə milli komandamıza qızıl medal qazandırıb.

Mükafatlandırma mərasimində qızıl medalı qəbul edən Azərbaycan
cüdoçusunun şərəfinə üçrəngli bayrağımız qaldırılıb, Dövlət himnimiz səsləndirilib.
Qeyd edək ki,
nüfuzlu yarışda Avropanın 40 ölkəsindən 345 cüdoçu qüvvəsini sınayır.