AZ | RU | EN
AZ | EN | RU

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi “Həmkarlar İttifaqı – Bizim Təşkilatdır”mövzusunda “dəyirmi masa” təşkil edib

01 Feb 2019

Fevralın 1-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi “Həmkarlar İttifaqı – Bizim təşkilatdır: Həmkarlar ittifaqlarının işində gənc üzvlərin maarifləndirilməsi” mövzusunda “dəyirmi masa” keçirib. 

Tədbiri giriş sözü ilə açan Respublika Komitəsinin sədri Cəmilə Səttarova gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqənin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsindən danışıb. O, qeyd edib ki, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı gənclər siyasətinin reallaşdırılması işində öz imkanlarından maksimum dərəcədə yararlanır: “Gənc üzvlərin fəaliyyətinin qiymətləndirilməsi, onlara göstərilən qayğı Respublika Komitəsinin daim diqqət mərkəzindədir. RK-nın tərkibində yaradılmış Gənclər üzrə komissiya gənc nəslin həmkarlar ittifaqlarının gələcək inkişafının strateji resursu olduğunu bilərək, gənclərlə bağlı problemlərə hər zaman xüsusi qayğı ilə yanaşır. Onların həmkarlar ittifaqına üzvlüyünə motivasiyasının yüksəldilməsini, təşkilatlarda gənclərin iş fəaliyyətinin canlandırılmasını, istedadlı gənclərin yaradıcı potensialının üzə çıxarılmasını dəstəkləyir və maraqlarının müdafiə edilməsi istiqamətində müntəzəm olaraq baxış-müsabiqələr, yarışlar keçirir. Sahə gənclərini təhsilinin artırılması üçün seminarlara, kurslara cəlb edirlər. Müsabiqələrdə qalib gələn gənclər fəxri fərmanlara və mükafatlara layiq görülürlər”.

Komitənin “Gənclərlə iş üzrə” komissiyasının sədri Zaur Həmidov həmkarlar ittifaqlarının sıralarına gənclərin cəlb olunması üçün gənclər təşkilatlarının vəzifə və öhdəlikləri, onların ictimai-siyasi fəallığı, yaradıcı və istedadlı gənclərin idarəetmə sahəsinə cəlb edilib dəstəklənməsi ilə bağlı görülən tədbirlər, keçirilən forum və layihələr barədə geniş məlumat verib.

Tədbirdə AHİK-in beynəlxalq əlaqələr şöbəsinin müdiri Fuad Məmmədovun “AHİK-in beynəlxalq təşkilatlarla əlaqələri, gənclərin beynəlxalq tədbirlərə cəlb olunması”, Gənclər Şurasının sədri Tural Süleymanovun “Həmkarlar ittifaqlarının inkişafında gənclərin rolu”, mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Elnur Musayevin “Həmkarlar ittifaqı gənclərinin sosial şəbəkələrdə fəaliyyəti” və digər mövzularda çıxışlar dinlənilib.
Tədbirin sonunda C. Səttarova çıxış edərək iştirakçılar tərəfindən irəli sürülən təkliflərin Respublika Komitəsinin yaxın günlərdə keçiriləcək rəyasət heyətinin iclasında müzakirə ediləcəyini bildirib.

 

FAYDALI KEÇİDLƏR