AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN Q Ə R A R I
20 Dec 2017
QƏRAR
№ 550
Bakı şəhəri, 14 dekabr 2017-ci il
Bakı şəhəri, 14 dekabr 2017-ci il
“İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”nın və “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin
səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası
Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan
Respublikası qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli
Fərmanının 2-ci hissəsinin üçüncü abzasına uyğun olaraq
Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona
bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və
yeraltı əmək şəraitli istehsalatların Siyahısı” təsdiq edilsin
(1 nömrəli əlavə).
2. “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona
bərabər tutulan məhsulların verilməsi Qaydaları” təsdiq edilsin
(2 nömrəli əlavə).
3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bir ay
müddətində “Pulsuz müalicə-profilaktik yeməklərin rasionunu və
vitaminli preparatların tərkibi”ni təsdiq etsin.
Azərbaycan Respublikasının
Baş naziri
Artur Rasi-zadə
Qərarın tam mətni ilə tanış olmaq üçün bu linkə klikləyin...