Azərbaycanın və Türkiyənin həmkarlar ittifaqı təşkilatları arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
14 Jul 2017
İyulun 14-də AHİK-in sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev Türkiyənin Təhsil İşçiləri Həmkarlar İttifaqı “Türk Eğitim-Sen”in katibi Musa Akkaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə
Azərbaycanın və Türkiyənin həmkarlar ittifaqı təşkilatları arasında əməkdaşlıq əlaqələri
müzakirə olunub.
Səttar Möhbalıyev
Türkiyənin ən böyük təhsil işçiləri həmkarlar ittifaqı təşkilatlarından biri
olan “Türk Eğitim-Sen”in nümayəndə heyəti ilə görüşdən məmnunluğunu ifadə edib.
Bildirib ki, ölkələrimiz arasındakı əlaqələr müxtəlif sahələrdə strateji tərəfdaşlar
səviyyəsində inkişaf edir, bu isə hər iki ölkənin liderlərinin – prezidentlər
İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində mümkün olub.
S.Möhbalıyev Azərbaycanda
müxtəlif qurumlarda çalışanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində
görülən işlərdən danışıb. Qeyd edib ki, Azərbaycan dövləti bu insanların mənzil
şəraitinin yaxşılaşdırılması üçün vəsait ayırır. Buna misal olaraq, dövlət tərəfindən
dəmiryolu işçilərinə 142 pulsuz mənzil verilib. Onların mənzil şəraiti
yaxşılaşdırılıb. Dövlətdən başqa, işəgötürən də işçilərinə vəsait ayırır,
onlarla müqavilə bağlayaraq mümkün olan qədər problemlərini həll edir. İşəgötürən
tərəfindən bir çox qurumlarda işçilərin istirahəti üçün də böyük vəsaitlər
ayrılır.
Söhbət əsnasında
AHİK sədri qonaqlara Azərbaycan Həmkarlar İttifaqlarının strukturu və fəaliyyəti
haqqında da məlumat verib.
Türkiyənin Təhsil
İşçiləri Həmkarlar İttifaqı “Türk Eğitim-Sen”in nümayəndə heyətinin rəhbəri
Musa Akkaş səmimi qəbul üçün S.Möhbalıyevə öz təşəkkürünü bildirib. Türkiyə və
Azərbaycan arasında ikitərəfli əlaqələrin və əməkdaşlığın bundan sonra daha da
səmərəli olacağına əminliyini ifadə edib. “Türk Eğitim-Sen” və “Kamu Sen”in sədri
İsmayıl Koncukun salamlarını çatdıran M.Akkaş bildirib ki, Azərbaycan sürətlə
inkişaf edir və gündən-günə daha da gözəlləşir.
Qeyd edək ki,
1992-ci ildə yaradılmış “Türk Eğitim-Sen” Türkiyənin ən böyük təhsil işçiləri həmkarlar
ittifaqı təşkilatlarından biri olaraq 200 mindən çox ittifaq üzvünü özündə birləşdirir.
“Türk Eğitim-Sen” üzv olduğu “Kamu-Sen”in tərkibində ən böyük sahə həmkarlar
ittifaqıdır.