AZ | RU | EN
AZ | EN | RU

AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI ORQANLARINDA HESABAT-SEÇKİLƏRİN KEÇİRİLMƏSİ QAYDASI HAQQINDA TƏLİMAT

06 Dec 1995

Hesabat-seçki yığıncağı, konfransı, qurultayı müvafiq həmkarlar ittifaqları orqanları tərəfindən çağırılır.  

 

2. Həmkarlar ittifaqlarında hesabat-seçkilər aşağıdakı qaydada keçirilir:

Əvvəlcə aşağı, sonra isə yuxarı həmkarlar ittifaqları orqanları hesabat verir və seçilirlər.

Hesabat-seçki kampaniyasından əvvəl həmkarlar ittifaqlarının bütün vəzifələrinin orqanları özlərinin mövcud strukturlarını müəyyənləşdirir və onun təkmilləşdirilməsi barədə qərar qəbul edirlər.  

 

3. Həmkarlar ittifaqları üzvləri seçki yığıncağının, konfransın, qurultayın çağırılması vaxtı haqqında aşağıdakı qaydada xəbərdar edilirlər:  

- sex həmkarlar ittifaqı komitəsinin (ilk təşkilat səlahiyyətlərinə malik olanlar) – 5 gün qalmış;

- həmkarlar ittifaqı komitəsinin (birləşmiş həmkarlar ittifaqı komitəsi də daxil olmaqla) – ən geci 15 gün qalmış;

- sahə həmkarlar ittifaqı Respublika Komitəsinin – ən azı 1 ay qalmış;

- Konfederasiyanın – ən azı 3 ay qalmış.  

 

4. Sex həmkarlar ittifaqı komitəsinin, həmkarlar ittifaqı təşkilatlarının, həmkarlar ittifaqı komitələrinin seçkiləri həmkarlar ittifaqı yığıncaqlarında keçirilir.

«Hesabat-seçki yığıncaqlarının keçirilməsi mümkün olmayan iri ilk, sex həmkarlar ittifaqı təşkilatlarında, yuxarı həmkarlar ittifaqı orqanının icazəsi ilə konfranslar keçirilməsinə yol verilir.

Hesabat-seçki yığıncaqlarının yuxarı orqanlar tərəfindən müəyyən olunmuş müddətlərinin həmkarlar ittifaqlarının aşatı orqanlarında dəyişdirilməsinə yol verilmir.

Zəruri hallarda hər hansı sahədə fəaliyyət göstərən müəssisələrin böyük əksəriyyətinin fəaliyyət göstərməməsi və həmkarlar ittifaqı üzvlərinin Formalaşmasında çətinlikləri nəzərə alınaraq və başqa hallarda həmkarlar ittifaqı təşkilatının hesabat-seçki yığıncağının (konfransının) keçirilmə tarixi və səlahiyyət müddəti yazılı müraciətə əsasən yuxarı orqanın qərarı ilə uzadıla bilər.

Həmkarlar ittifaqı komitələri və birləşmiş həmkarlar ittifaqı təşkilatları üçün Respublika Komitəsinin İdarə Heyətinin qərarı, sahə həmkarlar ittifaqlarının özündə bu zəruriyyət yarandıqda isə Məclisin qərarı əsas götürülə bilər.

Birliklərin vahid həmkarlar ittifaqı təşkilatlarının, ilk, sex həmkarlar ittifaqı təşkilatlarının konfranslarına nümayəndəlik normalarını və nümayəndələrin seçilməsi qaydalarını həmkarlar ittifaqı komitəsi, sex komitəsi müəyyən edir.  

 

QEYD: Əgər birliyin həmkarlar ittifaqı komitəsi eyni zamanda baş struktur vahidinin həmkarlar ittifaqı komitəsinin vəzifəsini yerinə yetirirsə, onda birliyin həmkarlar ittifaqı konfransına baş struktur vahidinin həmkarlar ittifaqı təşkilatından nümayəndələr onun sex təşkilatlarının yığıncaqlarında və konfranslarında seçilir.

 

Hövbəti iş rejimli müəssisələrində hesabat-seçkilərin təşkili qaydalarını həmkarlar ittifaqı komitələri müəyyən edirlər.  

 

5. Həmkarlar ittifaqlarının rayon, şəhər orqanları və təftiş komissiyaları həmkarlar ittifaqlarının konfranslarında seçilirlər.

Həmkarlar ittifaqlarının Muxtar Respublika Şurası və təftiş komissiyaları ittifaqlararası konfranslarda, qurultaylarda, sahə həmkarlar ittifaqlarının respublika orqanları, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və təftiş komissiyaları isə həmkarlar ittifaqları respublika təşkilatlarının konfranslarında, qurultaylarında seçilir.  

Həmkarlar ittifaqlarının konfranslarına və qurultaylarına nümayəndəlik normalarını və seçki qaydalarını müvafiq həmkarlar ittifaqı komitələri, şurası və konfederasiyaları müəyyən edirlər.  

 

QEYD: Həmkarlar ittifaqlarının seçkili orqanları (o cümlədən təftiş komissiyası) ya bilavasitə yığıncaqlarında, plenumlarda, məclislərdə, konfranslarda, qurultaylarda namizədləri irəli sürmək və seçmək yolu ilə və çağırmağı və dəyişdirməyi tələb etmək hüququnu saxlamaq şərti ilə təşkil olunur.  

 

6. Həmkarlar ittifaqı təşkilatları konfransa və ya qurultaya nümayəndələr seçməklə yanaşı, açıq səsvermə yolu ilə qərar qəbul edib ykxarı həmkarlar ittifaqı orqanlarının tərkibinə namizədlik haqqında təklif irəli sürə və ya müəyyən olunmuş qaydada yuxarı həmkarlar ittifaqı orqanlarının tərkibinə birbaşa nümayəndələrini seçə bilərlər.  

 

7. Sex həmkarlar ittifaqı komitələrinin, həmkarlar ittifaqı komitələrinin, şuralarının, konfederasiyalarının hesabat məruzələrinə həmin həmkarlar ittifaqları orqanlarının yığıncaqlarında, plenumlarında, məcliklərində təftiş komissiyalarının hesabatına isə öz yığıncağında qabaqcadan baxılır, sonra isə yığıncağın, konfransın, qurultayın iştiraksçılarının müzakirəsin əverilir.

Müzakirənin nəticəsində yığıncağın, konfransın, qurultayıniştirakçıları həmin həmkarlar ittifaqı orqanının fəaliyyətini qiymətləndirirlər (kafi, qeyri-kafi).

Fəaliyyəti qeyri-kafi qiymətləndirilən həmkarlar ittifaqı orqanının tərkibinin (yeni heyətinin) tam təzələnməsi məqsədə uyğundur.

Hesabat məruzələrinin əvvəlcədən müzakirə olunması həmkarlar ittifaqları orqanları üzvlərinin yığıncaqlarda, konfranslarda, qurultaylarda həmkarlar ittifaqı təşkilatının rəhbərliyini tənqid etmək hüququndan məhrum etmir.  

 

8. Hİ təşkilatı üzvlərinin (hesabat-seçki yığıncağı gününə cədvəl üzrə işdə olanlar nəzərdə tutulur) yarıdan soxunun iştirak etdiyi, həmkarlar ittifaqlarının hesabat-seçki yığıncağı və seçilmiş nümayəndələrinin üçdə iki hissəsindən çoxunun iştirak etdiyi konfrans və qurultay səlahiyyətli sayılır.  

 

Qeyd: Növbəli iş recimində işləyənlər istisna olmaqla. 

 

9. Hesabat –seçki konfransını, qurultayını aparmaq üçün açıq səsvermə yolu ilə həmin həmkarlar ittifaqı təşkilatının üzvlərindən nümayəndələrin tərkibindən işçi heyəti və başqa orqanlar (mandat komissiyası, redaksiya komissiyası, hesablama və s.), həmkarlar ittifaqı yığıncağını aparmaq üçün isə işçi heyəti və ya sədr, katib seçilir. Hesabat-seçki konfransının (qurultayının) rəhbər və işçi orqanlarının say və tərkibi barədə təkliflər irəli sürmək, nümayəndələrin irad və təkliflərini yığıncaq iştirakçılarına çatdırmaq üçün səlahiyyətli təşkilat qrupu yaradılır. Səlahiyyətli təşkilat qrupunun tərkibi konfrans (qurultay, yığıncaq) keçirən Həmkarlar İttifaqının İcraiyyə Komitəsinin (Rəyasət heyətinin) qərarı ilə xidmətinə daxil olan hər bir həmkarlar ittifaqı təşkilatından bir nəfər olmaqla formalaşdırılır. İşçi heyətinin və başqa orqanların tərkib sayını yığıncaq, konfrans və qurultay açıq səsvermə yolu ilə müəyyən edir. işçi heyətinin tərkibinə yuxarı həmkarlar ittifaqı orqanlarının və dicər orqanların nümayəndələri seçilə (dəvət oluna) bilərlər.  

 

10. bütün həmkarlar ittifaqı orqanlarının seçilməsi zamanı onların tərkibinin müntəzəm təzələnməsi və rəhbərlik prinsipinin varisliyi gözlənilir, namizədlərin irəli sürülməsi və gizli səsvermənin qaydaları, seçki bülletenlərinə müəyyən edilmiş saydan artıq namizəd daxil edilməsi ehtimalının geniş müzakirəsi təmin olunur.      

 

2. HƏMKARLAR İTTİFAQI ORQANLARINA NAMİZƏDLƏRİN İRƏLİ SÜPÜLMƏSİ VƏ MÜZAKİRƏSİ  

 

11. Həmkarlar ittifaqı orqanlarının seçkiləri müvafiq həmkarlar ittifaqı orqanının hesabat məruzəsi və təftiş komissiyasının məruzəsi yığıncaq, konfrans, qurultay tərəfindən dinlənilib müzakirə edildikdən və qərar qəbul olunduqdan sonra keçirilir.  

 

Qeyd: yığıncaq iştirakçılarının, konfrans, qurultay nümayəndələrinin razılığı ilə qərar hesablayıcı komissiyanın işi zamanı qəbul edilə bilər.  

 

Seçkilər keçirilməzdən əvvəl həmkarlar ittifaqının yığıncağı, konfransı, qurultayı həmkarlar ittifaqı oraqnının seçiləcək say tərkibini açıq səsvermə yolu ilə müəyyən edir. bu, yığıncaq iştirakçılarının konfrans, qurultay nümayəndələrinin hər hansı sayda namizədə səs verməsi üçün siyahıya əlavə etmək hüququnu məhdudlaşdırmır.

Say tərkibinin müəyyən olunması, seçilən həmkarlar ittifaqı orqanlarının tərkibinə namizədlərin irəli sürülməsi və müzakirə edilməsi ilə əlaqədar yığıncağın, konfransın, qurultayın qərarı açıq səsvermə yolu ilə qəbul olunur.  

Həmkarlar ittifaqı orqanlarının təxmini say tərkibi  

Həmkarlar ittifaqı təşkilatlarında birləşən həmkarlar ittifaqı üzvlərinin sayı:  

500 nəfərə qədər olduqda                                         5 – 9 nəfər   

1 min nəfərə qədər olduqda                                      9 – 13 nəfər 

1 mindən 3 min nəfərə qədər:  

komitə üzvlərinin sayı                                                17 – 21nəfər 

onlardan Rəyasət heyəti(İcrakom) üzvlərinin sayı           5 - 7  nəfər

3 min nəfərdən artıq olduqda:  

komitə üzvlərinin sayı                                                21 - 41 nəfər

onlardan rəyasət heyəti (icrakom) üzvlərinin sayı            7 - 9   nəfər

Rayon, şəhər, vilayət, respublika komitələrində birləşən Hİ üzvlərinin sayı:  

10 min nəfərə qədər  

komitə üzvlərinin sayı                                                 21 - 41 nəfər

onlardan rəyasət heyəti (icrakom) üzvlərinin sayı             7 – 9  nəfər

10 – 50 min nəfərə qədər  

komitə üzvlərinin sayı                                                 31 - 41 nəfər

onlardan rəyasət heyəti (icrakom) üzvlərinin sayı             7 – 9 nəfər 

50 – 100 min nəfərə qədər  

komitə üzvlərinin sayı                                                 41 - 51 nəfər

onlardan rəyasət heyəti (icrakom) üzvlərinin sayı            9 – 11 nəfər

100 mindən artıq olduqda  

komitə üzvlərinin sayı                                                 51 - 61 nəfər

onlardan rəyasət heyəti (icrakom) üzvlərinin sayı           11 – 13 nəfər

Təftiş komissiyası üzvlərinin sayı həmkarlar ittifaqı təşkilatında:  

3 min nəfərə qədər                                                       3 – 5 nəfər

3 mindən artıq olduqda                                                5 – 7 nəfər  

Rayon, şəhər, vilayət, respublika                                   5 – 7 nəfər   

Hİ komitələrində  

 

Qeyd: təcrübədə sex komitələrinin və azsaylı həmkarlar ittifaqı komitələrinin tərkibi aşağıdakı kimi formalaşır: həmkarlar ittifaqı üzvü  

 

150 nəfərə qədər                                                          5 nəfər   

150-dən artıq                                                              5-9 nəfər  

15 nəfərə qədər olduqda – 1 nəfər təşkilatçı və ya təmsilçi seçilir   

 

Qeyd: Seçkili orqanlar birbaşa nümayəndələr seçmək yolu ilə təşkil olunduqda isə seçkili orqanların tərkibi bilavasitə daxil olan təşkilatların sayına uyğun təyin edilir.  

 

Sahə, ittifaqlararası konfranslara, qurultaylara, həmkarlar ittifaqları qurultaylarına seçəilən nümayəndələrin təxmini sayı:  

1. Sahə həmkarlar ittifaqlarının rayon, şəhər konfranslarına – 50-100 nümayəndə.  

2. Sahə həmkarlar ittifaqlarının respublika konfranslarına, qurultaylarına, həmin təşkilatlarda birləşən həmkarlar ittifaqı üzvlərinin   sayı:  

25 minə qədər                                             50-100 nəfər  

25-100 minə qədər                                       100-150 nəfər  

100-500 minə qədər                                      150-200 nəfər  

500 mindən 1 mln-a qədər                              200-250 nəfər

1 mln-dan artıq olduqda                                250-300 nəfər

 

12. Yığıncaq iştirakçıları, konfrans, qurultay nümayəndələri tərəfindən həmkarlar ittifaqı təşkilatının və təftiş komissiyasının yeni tərkibdə namizədlər ayrı-ayrılıqda irəli sürülür (göstərilir).

 

13. Müstəsna hallarda yığıncaqda iştirak etməyən, konfrans və ya qurultay nümayəndəsi olmayan, yaxud başqa həmkarlar ittifaqlarının üzvü olan həmkarlar ittifaqları üzvləri sırasından da həmkarlar ittifaqı orqanlarının tərkibinə namizədlər nümayəndələrin əksəriyyətinin razılığı ilə irəli sürülə bilər.

Yığıncaq iştirakçısı, konfrans, qurultay nümayəndəsi olan hər bir həmkarlar ittifaqı üzvü həmkarlar ittifaqı orqanının tərkibinə öz namizədliyini irəli sürmək hüququna malikdir.

Namizədlərin irəli sürülməsinin dayandırılması təklifi haqqında yığıncaq, konfrans, qurultay qərar qəbul edir.

Yığıncaq iştirakçıları, konfrans, qurultay nümaynədələri öz iclaslarında bütün irəli sürülmüş namizədləri fərdi qaydada müzakirə edirlər. Hər bir yığıncaq iştirakçısı, konfrans, qurultay nümayəndəsi namizədlərə etiraz etməkdə, onlardan hər birini tənqid etməkdə qeyri-məhdud hüququ malikdirlər. Bu və ya namizədliyin   dayancırılmasına dair verilmiş təklif haqqında yığıncaq, konfrans, qurultay müəyyən qərara gəlir.

Haqqında etirazlar alınmış namizədlərin müzakirəsindən sonra həmin namizədliyin gizli səsvermə üçün siyahıya daxil edilib-edilməməsi məsələsi hər bir halda ayrı-ayrılıqda açıq səsvermə yolu ilə həll olunmalıdır.

Haqqında etirazlar alınmayan səsverməyə qoyulmur və seçkilərin keçirilməsi üçün siyahıya daxil edilir.

Qeyd: Seçkili orqanlar birbaşa nümayəndələr seçmək yolu ilə təşkil olunduqda seçkili orqanın tərkibinə irəli sürülən namizədlərin müzakirəsinə ehtiyac qalmır.

Onların səlahiyyətləri açıq səsverəm yolu ilə təsdiq edilir. Namizəd təsdiq olunmadığı halda təqdim edən orqan onu başqa namizədlə əvəz edir.

 

SƏSVERMƏ QAYDASI

 

14. Həmkarlar ittifaqları orqanlarının və konfrans, qurultay nümayəndələrinin seçkiləri bir qayda olaraq qapalı (gizli) səsvermə ilə keçirilir.

Yığıncaqlarda, konfranslarda, qurultaylarda iştirak edən həmkarlar ittifaqı üzvlərinin əksəriyyətinin razılığı ilə həmkarlar ittifaqı orqanlarının seçkiləri açıq səsvermə yolu ilə də keçirilə bilər. Bu təşkilatlardan həmkarlar ittifaqı konfranslarına, qurultaylarına nümayəndələr də həmi qaydada seçilir. Səsvermənin forması (açıq və ya qapalı) haqqında qərarı qurultay, yığıncaq, konfrans namizədləri irəli sürüldükdən və müzakirə olunduqdan sonra qəbul edir.

 

15. Həmkarlar ittifaqı orqanlarına seçkilər üzrə səsvermədə yalnız həmkarlar ittifaqı təşkilatının üzvləri, konfrans, qurultay nümayəndələri iştirak edirlər.

 

16. Qapalı (gizli) səsvermənin keçirilməsi və onun nəticələrinin hesablanması üçün yığıncaq, konfrans, qurultay açıq səsvermə ilə həmin həmkarlar ittifaqı təşkilatının üzvlərindən, nümayəndələrin tərkibindən hesablayıcı komissiya seçir, hesablayıcı komissiya üzvlərinin say tərkibini yığıncaq, konfrans, qurultay müəyyən edir. Hesablayıcı komissiya sədr və katib seçilir, bu haqda 1 №-li protokol tərtib olunur.

Azsaylı həmkarlar ittifaqı təşkilatlarında səsvermənin yekunlarını hesablamaq yığıncağa sədrlik edənə və ya həmin həmkarlar ittifaqı təşkilatının üzvlərindən birinə tapşırıla bilər. Səsvermənin yekunları yığıncağının protokoluna yazılır.

 

17. Qapalı (gizli) səsvermə aşağıdakı qaydada verilir:

- qapalı (gizli) səsvermədən əvvəl hesablayıcı komissiya qapalı səsvermə üçün namizədlərin əlifba qaydasında yerləşdirildikləri bülletenləri (siyahıları) hazırlayır;

- səsvermə qutuları möhürlənir və elə qoyulur ki, qapalı səsverməyə tam əməl edilməsi üçün lazımi şərait yaradılmış olsun;

- hesablayıcı komissiyanın sədri 1 saylı protokolu elan edir və o, məlumat üçün qəbul edilir. Sonra hesablayıcı komissiyanın sədri yığıncaq iştirakçılarına, konfrans, qurultay nümayəndələrinə qapalı (gizli) səsvermənin keçirilməsi qaydasını izah edir;

- hesablayıcı komissiya yığıncaq iştirakçılarına, konfrans, qurultay nümayəndələrinə həmkarlar ittifaqı orqanına seçiləcək üzvlərin və təftiş komissiyasının tərkibinə yığıncaq, konfrans, qurultay tərəfindən irəli sürülmüş namizədlərin yazıldığı bülletenin (siyahının) bir nüsxəsini verir. Bülletenlər verilərkən yığıncaq iştirakçılarının, konfrans, qurultay nümayəndələrinin siyahılarında həmin həmkarlar ittifaqı üzvünün bülleten alması barədə qeyd aparılır;

- qapalı (gizli) səsvermə zamanı hər bir yığıncaq iştirakçısı, konfrans, qurultay   nümayəndəsi bülletendə (siyahıda) ayrı-ayrı namizədləri pozmaq, yaxud bu və ya başqa həmkarlar ittifaqı orqanına qabaqcadan bir nkçə nəfər seçiləcəyinin nəzərdə tutulmasından asılı olmayaraq eni namizədləri əlavə etmək hüququna malikdir.

 

18. Səsvermədən sonra hesablayıcı komissiya səsvermə qutusunu açır, hər bir siyahı üzrə səsvermənin yekunlarının hesablayır, 2 saylı protokolu tərtib edir, hər namizədin «lehinə» və «əleyhinə» verilmiş səslərin miqdarını göstərərək səsvermənin nəticələrini yazır. Protokolu hesablayıcı komissiyanın bütün üzvləri imzalayır.

Hesablayıcı komissiya ayrı-ayrılıqda hər bir namizəd barəsində səsvermənin yekunları haqqında yığıncaq, konfrans, qurultay nümayəndələrinə məlumat verir. Seçkinin yekunu yığıncaqda, konfransda, qurultayda təsdiq edilir.

 

19. Açıq səsvermə zamanı həmkarlar ittifaqı orqanının və konfrans, qurultay nümayəndələrinin siyahıda saxlanılan hər bir namizədi üçün səsvermə keçirilir.

Yığıncağın, konfransın, qurultayın qərarı ilə səsləri seçilmiş hesablayıcı komissiya və ya yığıncağın, konfransın, qurultayın işçi heyəti (sədri) saya bilər, hər bir namizədin «lehinə» və «əleyhinə» verilmiş bütün səslər sayılır. Səsvermənin nəticələri yığıncağa, konfransa, qurultaya elan edilir və yığıncağın, konfransın, qurultayın protokoluna yazılır.

 

20. Yığıncaqda, konfransda, qurultayda yetərsay olduqda, orada iştirak edən həmkarlar ittifaqı üzvlərinin konfransda, qurultayda nümayəndələrin yarıdan soxunun lehinə səs vermiş və sadə səs çoxluğunu qazanan namizədlər seçilmiş hesab edilir.

Əgər səsvermə nəticəsində həmkarlar ittifaqı orqanının tərkibinə əvvəlcədən müəyyən edildiyindən çox və ya az üzvlər seçilərsə, onda yığıncaq, konfrans, qurultay səsvermənin nəticələrinə müvafiq olaraq həmkarlar ittifaqı orqanının yeni say tərkibinin təsdiq olunması haqqında açıq səsvermə ilə qərar qəbu edə bilər. Əgər yığıncaq iştirakçılarının konfrans, qurultay nümayəndələrinin əksəriyyəti həmkarlar ittifaqı orqanının əvvəlcədən müəyyənləşdirilmiş say tərkibinin saxlanılmasına səs verərlərsə, bu halda   namizədliklərin yenidən irəli sürülməsini müzakirə etmək və təkrar səsvermə keçirmək lazımdır.

 

Qeyd: Əgər nümayəndələr konfrans, qurultay seçkisinə dair səsvermənin nəticələrinə görə nümayəndəlik normaları üzrə seçilməli olduqlarından çox olarsa, onda da namizədlərin irəli sürülməsi məsələsini yenidən müzakirə etmək və təkrar məmvermə keçirmək lazımdıpr.

 

Həmkarlar ittifaqıkomitələrinin, şuralarının, konfederasiyalarının, təftiş komissiyalarının yeni seçilmiş tərkibi və konfransa, qurultaya seçilmiş nümayəndələr konfransın, qurultayın protokoluna yazılır.

 

21. Sex həmkarlar ittifaqı komitələrinin, həmkarlar ittifaqı komitələrinin sədriləri həmin komitələrintərkibindən bilavasitə yığıncaq iştirakçıları, konfrans nümayəndələri tərəfindən və ya komitələrin iclaslarında seçilirlər.

Yığıncaq, konfrans, sex komitəsi həmkarlar ittifaqı komitəsi sədrlərinin yığıncaqda, konfransda ayrı-ayrılıqda bülletenlərə daxil edilməklə seçilməsi haqqında qərar qəbul edilə bilər.

Bu zaman yığıncaq iştirakçıları, konfrans nümayəndələri komitənin sədri vəzifəsinə və sex həmkarlar ittifaqı komitəsinin, həmkarlar ittifaqı komitəsinin tərkibində namizədləri irəli sürür, müzakirə edir və onlara ayrı-ayrılıqca səs verirlər. Hesablayıcı komissiya və ya yığıncağın, konfransın işçi heyəti (sədri) komitə sədrinin və həmkarlar ittifaqı orqanının seçkiləri üzrə səsvermənin nəticələrini qoyulmuş qaydalarla ayrı-ayrılıqda hesablayır. Komitə sədri seçilmiş namizəd, həm də sex həmkarlar ittifaqı komitəsi, həmkarlar ittifaqı komitəsinin üzvü seçilmiş hesab olunur. Bu qaydada da sex təşkilatı olan ilk həmkarlar ittifaqı təşkilatlarından həmkarlar ittifaqı komitəsinin sədri və eləcə də həmkarlar ittifaqı komitəsi qapalı (gizli) səsvermə yolu ilə seçilirlər.

Həmkarlar ittifaqı komitələrinin, birliklərin, federasiyaların, şuraların, konfederasiyaların sədrləri, prezidentləri, onların müavinləri, vitse - prezidentləri və katibləri müvafiq həmkarlar ittifaqları orqanlarının konfransında, qurultayında və plenumlarında, təftiş komissiyalarının sədrləri komissiya iclaslarında seçilirlər.

Hər bir seçiləcək vəzifəyə istənilən sayda namizəd irəli sürülə bilər.

Həmkarlar ittifaqı sex həmkarlar ittifaqı komitələrinin, həmkarlar ittifaqı komitələri, şuraları, konfederasiyaları və təftiş komissiyaları sədrlərinin, onların müavinlərinin, katiblərinin seçilməsi qaylaları (bilavasitə yığıncaqda, konfransda və ya komitə iclasında) haqqında qərarı, səsvermənin forması (gizli və ya açıq) və hər bir vəzifəyə namizədlərin sayı haqqında qərarı həmkarlar ittifaqları orqanlarının yığıncaqları, plenumları, məclisləri, konfransları , qurultayları, təftiş komissiyalarının iclasları qəbul edirlər.

Gizli səsvermə həmin təlimatın 19-21-ci maddələrində nəzərdə tutulmuş qayda ilə keçirilir.

 

22. Qapalı (gizli) səsvermə zamanı həmkarlar ittifaqı sex komitələri sədrliyinə, həmkarlar ittifaqı komitəsi sədrliyinə həmkarlar ittifaqı komitələrinin, şuralarının, konfederasiyalarının, təftiş komissiyalarının sədrliyinə, onların müavinləri və katibləori vəzifələrinə seçilmək üçün bir neçə namizəd irəli sürülübsə, onda bulletendə (siyahıda) irəli sürülmüş namizədlərdən biri saxlanılır, ya da seçilmiş həmkarlar ittifaqı orqanlarından yeni namizəd bülletenə daxil edilir.

Yığıncaqda iştirak edən həmkarlar ittifaqı üzvlərinin, konfrans, qurultay nümayəndələrinin, həmkarlar ittifaqı orqanı avə təftiş komissiyası üzvlərinin yarısından çoxunun səsini alan və sadə səs çoxluğunu qazanan namizədlər seçilmiş hesab olunur.

 

Qeyd: Əgər səsvermə nəticəsində namizədlərdən heç birisi səslərin yarıdan çoxunu almazlarsa, onda yığıncağın konfransın, plenumun, məclisin, qurultayın qərarı ilə həmin siyahıda (bülletendə) birinci səsvermədə daha çox səs alanlardan iki namizəd saxlanılır və həmin namizədlər təkrar səsverməyə qoyulur, ya da təlimatla nəzərdə tutulmuş qaydada seçilmiş həmkarlar ittifaqı orqanı tərkibində yeni namizədlər irəli sürülür, müzairə olunur və səsə qoyulur.

 

23. Müəyyən olunmuş formada olmayan bülletenlər (siyahılar), həmkarlar ittifaqları orqanları rəhbərlərinin seçkiləri keçirildikdə isə iki və daha çox namizəd saxlanılmış bülletenlər (siyahılar) etibarsız sayılır.

 

24. Həmkarlar ittifaqı təşkilatında birləşən həmkarlar ittifaqı üzvlərinin üçdə birinin tələbi ilə yuxarı həmkarlar ittifaqı orqanının qərarına əsasən həmkarlar ittifaqı komitələrinin fəaliyyəti qeyri-kafi qiymətləndirildikdə həmkarlar ittifaqı orqanlarında onların vaxtından əvvəl yenidən seçkiləri keçirilə bilər və ya seçkilərə qədər onların tərkibinin müəyyən hissəsi yığıncaqlarda, konfranslarda, həmkarlar ittifaqı komitələrinin, şuralarının, konfederasiyalarının rəyasət heyətlərinin, məclislərinin tərkibinin müəyyən hissəsi isə bu həmkarlar ittifaqı orqanlarının prenumlarında əlavə seçki keçirməklə yeniləşdirilir.

 

25. Zəruri olduqda ayrı-ayrılıqda həmkarlar ittifaqı üzvləri yuxarı həmkarlar ittifaqlarının tövsiyəsi və ya razılığı isə müstəsna hallarda həmkarlar ittifaqı orqanlarının tərkibinə kənardan daxil edilə bilərlər. Qapalı səsvermə zamanı plenumda iştirak edən müvafiq həmkarlar ittifaqı orqanı üzvlərinin əksəriyyətinin səsini alan həmkarlar ittifaqı üzvləri həmin orqanın tərkibinə daxil edilmiş hesab olunurlar.

 

26. Seçkili həmkarlar ittifaqı orqanlarının üzvləri iş və yaşayış yerini dəyişməklə əlaqədar olaraq, həmin orqanlarla əlaqəni itirərlərsə onların tərkibindən çıxarılırlar. Həmkarlar ittifaqı orqanının üzvləri getdikdə, birbaşa seçilmə yolu ilə formalaşmış tərkib həmin üzvləri seçmiş təşkilatların hesabat iclaslarında, plenumlarda, Məclislərdə birbaşa seçilən nümayəndələrin vəkalətləri tanındıqdan sonra, onların hesabına tamamlanır.

Bilavasitə yığıncaqlarda (konfranslarda, qurultaylarda) namizədləri irəli sürmək yolu ilə formalaşan tərkib isə həmkarlar ittifaqının icraçı orqanı tərəfindən müəyyən edilmiş təşkilat tərəfindən seçilmiş nümayəndələrin hesabına tamamlanır.

Hesabat seçki yığıncaqlararası dövrdə qurultay nümayəndələri səlahiyyətli hesab edilirlər.

 

27. Yuxarı həmkarlar ittifaqı orqanının üzvü uçotunda durduğu həmkarlar ittifaqı təşkilatının etimadını doğrultmadıqda, ilk həmkarlar ittifaqı təşkilatının həmin şəxsin həmkarlar ittifaqı orqanı tərkibindən çıxarılması haqqında istənilən vaxt vəsatət qaldırmağa hüququ vardır.

 

28. İlk həmkarlar ittifaqı təşkilatında komitə və ya təftiş komissiyası üzvünün ğtərkibdən çıxarılması haqqında məsələ həmkarlar ittifaqı yığıncağında və burada iştirak edən həmkarlar ittifaqı üzvlərinin üçdə iki hissəsinin səs çoxluğu ilə açıq səsvermə ilə həlğ edilir. konfransda seçilmiş komitə və təftiş komissiyası üzvləri bu orqanların tərkibindən komitənin və təftiş komissiyasının iclaslarında qapalı (gizli) səsvermə yolu ilə komitə, təftiş komissiyası üzvlərinin üçdə iki hissəsinin səs çoxluğu ilə çıxarılırlar.

 

29. Qapalı (gizli) səsvermənin bütün materialları əlaqədar həmkarlar ittifaqı orqanında növbəti seçkilər keçirilənə qədər ciddi hesabat sənədləri hüququnda saxlanılır və ondan sonra akt üzrə məhv edilir.

 

30. Seçkilər zamanı hər bir həmkarlar üzvü hüquqlarını pozulmuş hesab etdikdə, 15 gün müddətində yuxarı təşkilata yazılı müraciət edərək, dəqiq səbəb göstərməklə təsdiqedici sənədləri təqdim etməlidir. Yuxarı təşkilat tərəfindən ayrılan komissiya məsələni apaşdırmalı, zəruriyyət olduqda gizli səsvermə sənədləri hesablayıcı komissiya üzvlərinin iştirakı ilə açılıb araşdırıla və 1 ay müddətində qərar qəbul edilə bilər. 

FAYDALI KEÇİDLƏR