Tabeçilikdə olan təşkilatlar
Azərbaycan Həmkarlar İttifaqları İdman
Təşkilatları İctimai Birliyinin (AHİTA) sədri
Əliyev Nadir Lətif oğlu
1949-cu ildə anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə 1973-cü ildə gənclərdən ibarət futbol komandalarında məşqçi kimi başlamışdır. 1983-cü ildən həmkarlar ittifaqlarının «Məhsul» Kənd Könüllü İdman Cəmiyyətində şöbə müdiri və digər vəzifələrdə çalışmışdır.
N.L.Əliyev 1995-ci ildə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının vitse-prezidenti, 2006-cı ildən isə Prezident vəzifəsinə seçilmişdir. AHİK-in Məclis üzvüdür.
N.L.Əliyev Milli Olimpiya Komitəsinin, Ağır Atletika, Atletika və Atçılıq Federasiyalarının Rəyasət Heyətlərinin üzvüdür.
Azərbayjan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimidir.
Azərbaycan Respublikası
Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən Nadir Lətif oğlu
Əliyev Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə
"Tərəqqi" medalı ilə təltif edilib.
Evlidir, bir övladı var.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyi
(AHİTA)
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyi 1993-cü ildə yaradılmışdır.Onun strukturuna 5 idman cəmiyyəti - “Məhsul”, “Spartak”, “Zenit”, “Gənclik”, “Qarabağ” və 4 idman klubu – “Atilla”, “Pəhləvan”, “Şahmat və Dama”, “Alpinizm və turizm” daxildir.
AHİTA-nın Nizamnaməsinə əsasən onun ali orqanı konfransdır. Konfranslar arasındakı dövrdə AHİTA-nın fəaliyyətinə İcraiyyə Komitəsi rəhbərlik edir. Nizamnaməyə görə rübdə bir dəfədən az olmayaraq İcraiyyə Komitəsinin iclası keçirilir.
2007-ci ildə keçirilən hesabat-seçki konfransında AHİTA-nın prezidenti Nadir Lətif oğlu Əliyev seçilmişdir.
AHİTA-nın qarşısında duran əsas məqsəd və vəzifələr aşağıdakılardır
- Assosiasiyaya üzv olan həmkarlar ittifaqları idman təşkilatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və maliyyə vəsaiti ilə təmin edilməsi yollarının axtarışı;
- idman təşkilatlarında bədən tərbiyəsi və idman hərəkatının mərkəzləşmiş formada uçot, qeydiyyat və hesabatının aparılması, bu işlərə rəhbərlik və nəzarətin təmin edilməsi;
- idman təşkilatlarının əhatə etdiyi sahələr üzrə zəhmətkeşlər və onların ailə üzvləri arasında kütləvi bədən tərbiyəsi-sağlamlıq və idman işlərinin təşkili və həyata keçirilməsinin müvafiq idman təşkilatları tərəfindən təmin edilməsi;
- idman təşkilatlarında Olimpiya idman növlərinin inkişafını tənzimləmək, ayrı-ayrı idman növləri üzrə yarışların təşkilinə və keçirilməsinə köməklik göstərmək;
- milli yığma komandalarında Hİ idmançılarının daha çox sayda təmsil olunmasına, onların hazırlığına və beynəlxalq yarışlarda, eləcə də Olimpiya oyunlarında uğurla çıxışına şərait yaratmaq və nail olmaq.
Hazırda Hİ idman təşkilatlarında 20 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə fəaliyyət göstərən idman bölmələrində 6275 nəfər məşğul olur ki, onlardan 251 nəfəri qızlardır.
UGİM-lərdə idmançıların hazırlığı ilə 265 məşqçi-müəllim məşğul olur ki, onlardan 26-sı “Respublikanın Əməkdar məşqçisi”, 23-ü yüksək, 60-ı isə I kateqoriyalı məşqçi-müəllimlərdir.
Keçən dövr ərzində dünya və Avropa çempionatlarında və birinciliklərində çıxış edən idmançılarımız 24 qızıl, 19 gümüş və 40 bürünc medala layiq görülmüşlər.