AZ | RU | EN
AZ | EN | RU

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Qarabağ qazısının ailə üzvlərini himayəyə götürdü

27 Dec 2013

logotipAzərbaycan Həmkarlar ittifaqları Konfederasiyası II qrup Qarabağ əlili Zaur Həsən oğlu Həsənovun ailə üzvlərini himayəyə götürülməsi haqqında qərar qəbul edib.

AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov bildirib ki,  Z. Həsənovun işsizliyini, ailə üzvlərinin sayının çox olmasını və maddi durumunun ağır olduğunu nəzərə alaraq AHİK-in icraiyyə Komitəsi qərara almışdır ki, Z. Həsənovun övladları yetkinlik yaşına çatanadək AHİK tərəfindən himayəyə götürülür və övladların hər birinə  300  (üç yüz) manat məbləğində aylıq yardım verilir. Z. Həsənovun sökülmüş obyektinə görə dəymiş ziyanı ödəmək üçün ona 100000 (yüz min) manat məbləğində maddi yardım edilir. Ona ölkə xaricində malicəyə ehtiyacı olarsa bütün xərclər AHİK-in hesabına ödəniləcək.

Qərarda deyilir ki Z. Həsənov və onun həyat yoldaşı ehtiyac olduğu halda işlə təmin olunacaqdır.

ПОЛЕЗНЫЕ ССЫЛКИ