AZ | RU | EN
AZ | EN | RU

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının II qurultayının bəyanatı

12 Aug 2004

Bununla belə həyata keçirilən iqtisadi islahatlar əmək münasibətlərini əsaslı şəkildə dəyişdirmiş, müsbət tərəfləri ilə yanaşı mənfi sosial nəticələrə gətirib çıxaran bir sıra problemlər də doğurmuşdur.

Bu gün əməyə görə ödənc çox hallarda real əmək haqqını deyil, birtəhər yaşamaq üçün verilən sosial müavinəti xatırladır.

Nəticədə kütləvi şəkildə yoxsulluq üçün geniş şərait yaradılır, mənəviyyata və əməyin ödənilməsi prinsiplərinə ciddi zərbə vurr. Respublika əhalisinin əksəriyyəti üçün əmək haqqı yeganə gəlir mənbəyidir. Lakin əmək haqqının real göstəricisi işçilərin və onların ailə üzvlərinin adi tələbatını ödəmək iqtidarından çox aşağıdır.

Əmək haqqının strukturunda və təşkilində əmək haqqının tarif hissəsinin aşağı düşməsi onun əsassız diferensiasiyası kimi ciddi dəyişikliklər əmələ gətirmişdir.

Dövlət zəmanəti olan – minimum əmək haqqı özünün əsas vəzifəsini yerinə yetirmir.

Minimum əmək haqqının məbləği fizioloji mövcudluğun həddi olan yaşayış minimumundan çox-çox aşağıdır. Geniş əhali kütləsinin yoxsullaşması cəmiyyətin gəlirinə görə təbəqələşməsi əsasında formalaşır və həmin cəmiyyəti yoxsullara və zənginlərə bölür. Respublikada sahələr üzrə əmək haqları bir-birindən kəskin şəkildə fərqlənir. Əsas istehsal sahələrində çalışan işçilər yüksək əmək haqqı aldıqları halda, büdcədən maliyyələşən işçilərin əmək haqqı xeyli aşağıdır.Yeni əsrin başlanğıcında yüksək texnologiyaların, elmi istehsalatın inkişafı dövrünün astanasında elmi potensialın itirilməsi ölkəmizə ziyan vura bilər. Belə şəraitdə əmək haqqının artırılması ən vacib məsələdir. Əməyin ucuzlaşdırılması iqtisadi rəqabəti, texniki inkişafı ləngidir. Hazırki səviyyəli əmək haqqı ilə qlobal dünya iqtisadiyyatına daxil olmaq mümkünsüzləşdirir. İşçilərin daha da yoxsullaşmasına səbəb olur, dünya bazarında ucuz işçi qüvvəsi ölkəsi statusu almağa imkan yaradar. İndiyə qədər əmək haqqı verilməsi üzrə borclar bəzi sahələrdə ləğv olunmamış, bəzi yerlərdə isə onların artması müşahidə edilir. Qurultay əmək haqqı borclarının mövcudluğunu keçid dövrünün zəruri reallığı kimi yox, işçilərin Konstitusiya hüquqlarının və BƏT-in «Əməyin mühafizəsi» barədə 95 saylı Konvensiyasının pozulması kimi qəbul edir.

Əmək haqqının ləngidilməsi siyasəti onun intensiv artması siyasəti ilə əvəz olunmalıdır və beləliklə, istehsalatın dinamik inkişafının, həmçinin respublika əhalisinin maddi rifahının yüksəldilməsinin əsası qoyulmalıdır.
Həmkarlar ittifaqları ona çalışacaqlar ki, əmək haqqının artırılması ölkəmizin sosial siyasətinin əsasını təşkil etsin, minimum əmək haqqı minimum yaşayış səviyyəsinə çatdırılsın, «Layiqli əmək - layiqli əmək haqqı» tələbinin həyata keçirilməsi reallığa çevrilsin. 

Respublikamızda işçilərin əmək haqlarının ödənilməsində olan bir qismi neqativ halların aradan qaldırılması, əmək haqlarının bir neçə dəfə artırılması, elm və incəsənət xadimlərinə, idmançılara və digər kateqoriyadan olanlara fərdi təqaüdlərin təsis edilib verilməsini hökumətin atdığı önəmli addımlardan hesab edilməlidir.

FAYDALI KEÇİDLƏR