AZ | RU | EN
AZ | EN | RU

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III Məclisinin növbəti iclası keçirilmişdir

30 Dec 2010

Dekabrın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) III Məclisinin növbəti iclası keçirilmişdir.

Məclisdə AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin "Əməkçi miqrantların sosial-iqtisadi problemlərinin həllində həmkarlar ittifaqı təşkilatlarının vəzifələri haqqında" məruzəsi dinlənilmişdir.

Məruzəçi öz çıxışında qeyd etmişdir ki, miqrasiya prosesləri milyonlarla insanların mənafeyini əhatə edən mühüm qlobal problemlərdən biridir, bir çox ölkələrin əmək bazarına, onların iqtisadi, sosial və demoqrafik göstəricilərinə təsir edir, bərabər və dayanıqlı inkişafın əsasını təşkil edir.

 

Beynəlxalq Əmək Təşkilatının (BƏT) cari ilin dekabr ayında açıqlanmış "Azərbaycanda miqrasiya və inkişaf. Ölkə üzrə tədqiqat" adlı hesabatına görə, hər il yüz minlərlə azərbaycanlı əmək miqrantı xaricdə əmək fəaliyyəti ilə məşğul olur. 1989-2007 illərdə Azərbaycan Respublikasının ərazisini 418 min nəfər tərk etdiyi halda, buraya 425 min nəfər gəlmişdir ki, bu da miqrasiya saldosunun müsbət olduğunu göstərir. Azərbaycan əmək miqrasiyası (həm mənşə, həm də təyinat) ölkəsi kimi tanınır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasyası BƏT, Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası, Hökümət qurumları və üzv təşkilatlarının iştirakı ilə "Miqrasiya və İnkişaf” mövzusunda silsilə seminarlar keçirmiş, həmkarlar ittifaqlarının qarşısında duran vəzifələri müzakirə edərək fikir mübadiləsi aparmışdır.
Keçirilən tədbirlərdə birmənalı təsdiq edilmişdir ki, miqrasiya faktiki olaraq insanların hərəkətindən ibarət olduğu üçün, onun əsas məzmunu dinamik xarakter daşıyacaq, prosesin təsir sahələri və isitqamətləri dəyişməkdə davam edəcəkdir. Bu tendensiya milli səviyyədə də muşahidə olunur.

S. Mehbalıyev məruzəsində demişdir ki, müstəqillik qazanmış ölkələr üçün miqrasiya yeni problemdir. Xüsusilə Azərbaycanın geosiyasi mövqeyi, buradakı ictimai-siyasi sabitlik, iqtisadi inkişaf dinamikası, xarici investisiya və xarici işçi qüvvəsi üçün onu cəlbedici ölkəyə çevirmişdir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev çıxışlarında dəfələrlə bu aktual məsələyə toxunaraq respublikamızda gözlənilən immiqrant axınının tənzimlənməsinə ciddi hazırlıq görülməsi ilə bağlı mühüm vəzifələr irəli sürmüşdür.

Təsadüfi deyildir ki, Azərbaycanda miqrasiya məsələlərinə aid 20-dən artıq sənəd, о cümlədən "İmmiqrasiya haqqında" və "Əmək Miqrasiyası haqqında" Qanunlar qəbul edilmişdir. Azərbaycan BMT-nin "Bütün əməkçi miqrantlar və onların ailələrinin hüquqlarının qorunması haqqında" beynəlxalq konvensiyasına qoşulmuşdur.

Ölkədə Miqrasiya Siyasəti Konsepsiyasını gerçəkləşdirən Dövlət Proqramları, əmək miqrasiyası sahəsində kvotaların tətbiqi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması üzrə kompleks tədbirlər həyata keçirilir. Bir рəncərə sistemi tətbiq edilib. Miqrasiya məsələlərilə bağlı xüsusi xidmətlər və ictimai təşkilatlar fəaliyyət göstərir.

Konfederasiya sədri daha sonra bildirmişdir ki, biz hələ AHİK-in III qurultayının hesabat məruzəsində və Əsas İstiqamətlərdə getdikcə genişlənən miqrasiya proseslərinin effektiv şəkildə idarəedilməsi üçün fəaliyyət proqramımızı müəyyən etmişdik. Həmkarlar ittifaqlarının mövqeyi xarici işçilərlə müvafiq əmək münasibətlərinin qanunvericiliyə uyğun qurulmasından, dövlət orqanlarının bu məsələyə təsirini artırmaqdan ibarətdir.

Əmək miqrasiyasi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə birgə və razılaşdırılmış fəaliyyətin davam etdirilməsi, əməkçi miqrantların hüquqlarının müdafiəsi üzrə dövlətlərarası əməkdaşlığın həyata keçirilməsi, dövlət sosial proqramlarının dəstəklənməsi haqqında tədbirlərin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası ilə 2010-2011-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişə daxil edilməsi ölkəmizdə miqrasiya məsələlərinin tənzimlənməsinə xidmət edir.

Miqrant işçilərin hüquqlarının qorunması məqsədi ilə AHİK xarici ölkələrin həmkarlar təşkilatları ilə əməkdaşlıq əlaqələri yaradır. Bu məqsədlə Rusiya Federasiyasının Moskva və Yekaterinburq şəhərlərində görüşlər keçirilmiş, ölkəmizdən olan əmək miqrantlarını Rusiya həmkarlar ittifaqı üzvlüyünə cəlb etməklə onların qanuni hüquqlarının qorunması barədə razılıq əldə edilmişdir. Həmçinin Gürcüstan Həmkarlar İttifaqları Konfederasıyası ilə geniş əməkdaşlıq qurmaq, miqrasiya proseslərinə diqqət yetirmək haqqında Memorandum imzalanmışdır.

Konfederasiya beynəlxalq miqyasda əmək miqrasiyası prosesbrinin hərtərəfli təhlilinə, əmək miqrasiyasını tənzimbyən və əməkçi miqrantlarm müdafıəsinə yönəbn dövbtlərarası qərarlarm qəbul olunmasma səy göstərməyi öhdəsinə götürmüşdür. Bu məqsədlə işəgötürən təşkilatlarla konstruktiv dialoq aparılmasmı davam etdirmək əzmindəyik.

Sözsüz ki, miqrasiya problembrinin həllində beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan hökümətinin Beynəlxalq Əmək Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz ilə birgə həyata keçirdiyi «Azərbaycanda insan alverinə qarşı cavab mexanizmlərinin inkişafı», "Rusiya Federasiyasında işçi miqrantların müdafiəsinin gücləndirilməsi və Cənubi Qafqaz ölkələrində miqrasiyanın inkişaf təsirlərinin artırılması» layihələri bu əməkdaşlığın məhsuludur. Layihələr uzunmüddətli tədbirlərin həyata keçirilməsini, qanuni miqrasiyanın dəstəklənməsini, Milli Fəaliyyət Planı və müvafiq normativ-hüquqi sənədlərin hazırlanmasını nəzərdə tutur.

Xeyli müddətdir ki, həmkarlar ittifaqları orqanları BƏT-in dəstəyilə məqsədəmüvafiq tədbirlər, sosial tərəfdaşlarla birgə silsilə seminarlar və treninqlər həyata keçirir. Digər ölkələrə qazanc dalınca getmiş Azərbaycan vətəndaşları, həmçinin respublika ərazisində olan miqrantların vəziyyəti və istismar hallarının səviyyəsi barədə məlumatlar əldə edilir. Məqsədimiz uzunmüddətli siyasətin müəyyənləşdirilməsi və zəruri proqramların işlənib hazırlanmasıdır.

AHİK-in sədri vurğulamışdır ki, görülən işlərin nəticəsi olaraq, Azərbaycanda əmək miqrantlarının ölkə daxilində və xaricində əmək hüquqlarının müdafiəsi prosesləri canlanmaq üzrədir.

Bu gün həmkarlar ittifaqlarının iştirakı olmadan işçilərlə işəgötürənlər arasında dialoq mümkün deyil. İşçini təmsil etmək, onun sosial əmək hüquqlarını və maraqlarını müdafiə etmək həmkarlar ittifaqlarının fəaliyyətinin əsas məqsədidir.

Məruzəçi demişdir ki, əmək miqrantları üçün elə şərait yaradılmalıdır ki, onlar ölkəyə giriş-çıxış qaydaları və öz hüquqları barədə məlumat almaq imkanı əldə edə bilsinlər, həmkarlar ittifaqı üzvlüyünə cəlb olunsunlar və təşkilatın imtiyazlarından istifadə etsinlər.

Biz əməkçi miqrantları da həmkarlar ittifaqlarına cəlb etməli, onların qanuni hüquqlarının müdafiəsində dayanmalıyıq. Bunun üçün əlimizdə kifayət qədər qanunvericilik aktları, normativ sənədlər mövcuddur. Onlar bizə imkan verir ki, Azərbaycanda miqrasiyanın səmərəli inkişafını gücləndirək, tərəfdaşlarımızla əməkdaşlığımızı davam etdirərək bu sahədə həmkarlar ittifaqlarının uğurlu fəaliyyətini təmin edək. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III Məclisində təşkilatı məsələlərə də baxılmışdır.

3-meclis1 3-meclis2
3-meclis3 3-meclis4

FAYDALI KEÇİDLƏR