AZ | RU | EN
AZ | EN | RU

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayının QƏRARI

06 Feb 2013

2013-2018-ci illər üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin Əsas istiqamətləri haqqında


Qurultay üzv təşkilatların fəaliyyətini əlaqələndirən, onların hüquq və təminatlarının müdafiəsinə kömək edən Konfederasiyanın işini yüksək səciyyələndirərək, işçilərin sosial, əmək hüquqlarının və mənafelərinin müdafiəsi, həmkarlar ittifaqlarının nüfuzunun artırılması, qanun və normayaradıcılıq işində iştirakı, sosial dialoqun inkişafı və beynəlxalq həmrəyliyin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü və təsirli tədbirlər həyata keçirdiyini qeyd edir.
Konfederasiya və onun üzv təşkilatları işçilərin mənafeyinin müdafiəsi baxımından ölkədə əmək münasibətlərinin inkişaf tendensiyasını nəzarətdə saxlamış, aktual sosial-iqtisadi problemlərin təhlilini aparmış və onların həlli üçün ümumi çıxış yolları təklif etmişdir.
Həmkarlar ittifaqları öz üzvlərinin mənafelərinin müdafiəsində, cəmiyyətin və onun demokratik institutlarının inkişafında, Azərbaycanın dinamik tərəqqisində fəal iştirak etməyə çalışmışdır.
Ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin müasir tələblərə uyğun olaraq təkmilləşdirilməsi nəticəsində makroiqtisadi sabitlik daha da möhkəmlənmişdir. Sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar və tədbirlər iqtisadi inkişafı sürətləndirməklə yanaşı dünya miqyasında respublikamızın mövqelərini daha da möhkəmləndirir. Bu inkişafın əsas səciyyəvi xüsusiyyəti onun çoxcəhətli xarakterə malik olmasıdır. Bunun nəticəsidir ki, vətəndaş cəmiyyətinin bütün strukturlarının mükəmməl hüquqi bazası yaradılmış, dövlət proqramları çərçivəsində mühüm tədbirlər həyata keçirilmiş, onlara dövlət dəstəyi sistemi formalaşmışdır.
Azərbaycan Həmkarlar İttifaqları regionların inkişafı, yoxsulluğun və işsizliyin aradan qaldırılmasını nəzərdə tutan dövlət proqramlarının həyata keçirilməsində, sosial infrastrukturun yeniləşdirilməsində, qeyri-neft sektorunun dayanıqlı inkişafında, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlamasında və bütün bunların nəticəsində yeni iş yerlərinin açılmasında maraqlıdır.
AHİK-in IV qurultayı Azərbaycanın sosial-iqtisadi tərəqqisində icra orqanlarının, sosial partnyorların, işəgötürənlərin fəaliyyətini yüksək qiymətləndirir. Onlarla əməkdaşlığı genişləndirmək, möhkəmləndirmək naminə gələcəyə doğru yolda düzgün istiqamət seçmək, həmkarlar ittifaqı sistemində köklü dəyişikliklər etmək üçün tədbirlər davam etdirilir.
Azərbaycan Həmkarlar İttifaqları öz üzvlərinin həyat səviyyəsini təsirli şəkildə yüksəltmək, işçinin sərf etdiyi əməyin müqabilində layiqli əmək haqqı almasını təmin etmək, qazancın ədalətli bölüşdürmək uğrunda fəaliyyətini daha da gücləndirəcəkdir.
Qurultay hesab edir ki, ölkədə iqtisadiyyatın modernləşdirilməsinin məqsədi təkcə iqtisadiyyatın sabit inkişafına deyil, həm də insan kapitalının, təhsilin, səhiyyənin, elmin inkişafına yönəldilməlidir.  Yalnız bu yolla işçilərin sosial müdafiəsini təmin etmək, onların həyat səviyyəsini yüksəltmək, cəmiyyətdə təbəqələşmə meyllərini aradan qaldırmaq mümkündür. İşçilərin hüquqlarının pozulmasına, gəlirlərdə qeyri-bərabərliyə son illər transmilli şirkətlərdə, özəl və xarici firmalarda daha çox rast gəlinir. Sahibkarların gəlirlərinin büdcəyə, sosial təminata daha çox cəlb olunmasına, sosial sığorta sisteminə qoşulmasına diqqət artırılmalıdır. Onların yüksək gəlirləri əməkhaqqı fondu, büdcə gəlirlərinin artımı, iqtisadiyyatın modernləşdirilməsi üçün potensial mənbədir.
Məntiqi ardıcıllıqla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində bazar iqtisadiyyatı üçün möhkəm qanunvericilik bazası yaradılmış, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunmuş, azad bazar mühiti formalaşmışdır. Belə bir şəraitdə həmkarlar ittifaqları bir sıra ciddi iqtisadi problemlərlə qarşılaşırlar. Yeni fəaliyyət sahəsində, kiçik və orta sahibkarlıq müəssisələrinin bir hissəsində, TMŞ-ın müəssisələrin bəzilərində hələ də həmkarlar ittifaqı yoxdur. Həmkarlar ittifaqına gənclərin və miqrantların cəlb olunması günün tələblərinə cavab vermir. Konfederasiya beynəlxalq miqyasda əmək miqrasiyası proseslərinin təhlilinə, əmək miqrasiyasını tənzimləyən və əməkçi miqrantların müdafiəsinə yönələn dövlətlərarası qərarların qəbul olunmasına səy göstərir. Həmkarlar ittifaqlarının fəaliyyətinin səmərəliliyini zəiflədən maneələr hələ tamamilə aradan qaldırılmayıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, onun üzv təşkilatları hərtərəfli fəaliyyətləri ilə qarşıdakı sədləri dəf etməyə çalışır.
Azərbaycan Həmkarlar İttifaqları işçilərin hüquqlarının xarici və özəl müəssisələrdə, firmalarda, transmilli şirkətlərdə qorunması, iqtisadi problemlərin aradan qaldırılması, işçilərin işəgötürənlər tərəfindən istismar olunmasına qarşıdır. Azərbaycan Həmkarlar İttifaqları layiqli əmək və onun inkişafı uğrunda çıxış edir.
Ölkəmizdə qazanılan uğurların, artan maliyyə imkanlarının fonunda işçilərin sosial-iqtisadi problemlərinin, ehtiyaclarının kompleks şəklində həlli, həmkarlar ittifaqı üzvlərinin cəmiyyətdə fəal iştirakı üçün bütün addımlar atılır. Həmkarlar ittifaqları öz üzərlərinə düşən məsuliyyəti dərk edərək qarşıda duran vəzifələrin real həyata vəsiqə almasına var qüvvəsini sərf edəcəkdir.
Qurultay qeyd edir ki, minimum əməkhaqqının yaşayış minimumunun səviyyəsinə çatdırılması, onun indeksasiyası, istehlak səbətinin nəzərdən keçirilməsi, inflyasiyanın məqbul səviyyədə saxlanması Azərbaycan Həmkarlar İttifaqlarının daima diqqət yetirdiyi məsələlər olmuşdur. Həmkarlar ittifaqları bunların həllini bilavasitə sosial tərəfdaşlığın əldə olunmasında görür.
Artıq Azərbaycan Respublikası Nazirlər Kabineti, AHİK və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında üçtərəfli Baş Kollektiv Sazişin hazırlanması, bağlanması və icrası üzrə fəaliyyət öz bəhrəsini vermişdir. Müəssisələrdə işəgötürən və işçilər arasında tərəfdaşlıq imkanlarının yaradılması üçün həmkarlar ittifaqları var qüvvəsini sərf edir. Sosial-əmək problemlərinin həllində sosial dialoqun xüsusi əhəmiyyətini dərk edərək, sosial dialoqun məntiqi nəticəsi olan kollektiv saziş və müqavilələrin forma və məzmununun təkmilləşdirilməsi üzrə işlər davam etdirilmişdir.
Qurultay Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyətində işçilərin pensiya hüquqlarının müdafiəsini, yeni sığorta pensiya sistemini, pensiya təminatında sığorta prinsiplərinə keçidin tətbiq olunmasını üstünlük təşkil edən istiqamətlər kimi dəyərləndirir.
AHİK daima həmkarlar ittifaqı birliyinin, həmkarlar ittifaqı hərəkatının güclənməsinin tərəfdarı olmuşdur. AHİK Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasını və Pan Avropa Regional Şurasını dünya həmkarlar ittifaqlarını birləşdirən real qüvvə kimi qəbul etmiş və onlarla konstruktiv əlaqələr qurmuşdur.
Son illər AHİK və BƏT arasında əməkdaşlıq daha da inkişaf etmişdir. Azərbaycanda bu qurumun ən fundamental və prioritet Konvensiyaları ratifikasiya  olunmuşdur. AHİK-in iştirakı ilə BƏT-in yoxsulluğun  azaldılması, sosial dialoq, iş yerlərində diskriminasiya hallarına qarşı mübarizə, uşaq əməyi, əmək miqrasiyası və digər məsələlərə dair əməkdaşlıq layihələri icra olunmuşdur. Bu əməkdaşlıq layiqli əməyin təminatı üzrə yeni ölkə proqramının təsdiqlənməsini sürətləndirmişdir.
AHİK və onun üzv təşkilatları BƏT-in 101-ci sessiyasında səsləndirilmiş dünyada sosial ədalətin yeni dövrünün başlanmasına dair çağırışını böyük ümidlə qarşılamış və onun həyata keçirilməsində fəal iştirak etməyə hazırdır.
Yuxarıda göstərilənləri əsas tutaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı qərara alır:
 
1. «2013-2018-ci illər üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin əsas istiqamətləri» təsdiq edilsin (əlavə olunur).
2. AHİK-in İcraiyyə Komitəsinə və üzv təşkilatlarına öz fəaliyyətlərində «2013-2018-ci illər üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin əsas istiqamətləri»ni rəhbər tutmaq tövsiyə olunsun.

Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının Təftiş komissiyasınınhesabatı haqqında

Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı qərara alır: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Təftiş komissiyasının hesabat məruzəsi təsdiq edilsin (əlavə olunur).
Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyası sədrinin seçilməsi barədə                  Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı qərara alır: Səttar Suliddin oğlu Mehbalıyev  Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilsin.
Üzv təşkilatlardan AHİK-ə üzvlük haqqlarından ayırmaların məbləği barədə  Üzv təşkilatlardan AHİK-ə üzvlük haqlarından ayırmaların (bruttodan) məbləği 12% həcmində müəyyən edilsin.


Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının Mandat komissiyasının tərkibi haqqında

Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı qərara alır:
1. Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının Mandat komissiyasının tərkibi təsdiq edilsin (əlavə olunur).
2. Növbəti qurultayadək Mandat komissiyasına daimi fəaliyyət göstərmək səlahiyyəti verilsin.

Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti barədə
Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı qərara alır:
1. Qarşıdakı prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayının nümayəndələrinin müraciətinin mətni bəyənilsin və qəbul edilsin (əlavə olunur).
2. Qurultay Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının Məclisinə tapşırır ki, Azərbaycan Respublikası Prezidentinin seçki kompaniyası başlayanda İlham Heydər oğlu Əliyevin namizədliyini irəli sürsün və bununla əlaqədar mövcud qanunvericiliyə uyğun olaraq müvafiq sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim olunmasını təmin etsin.

Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının hesabat məruzəsi haqqında
 
 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı qərara alır
Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının hesabat dövrü ərzində fəaliyyəti qənaətbəxş hesab olunsun (hesabat məruzəsi əlavə olunur).
 

Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının bütün dünya həmkarlar ittifaqlarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar müraciəti barədə 
 
Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı qərara alır:
«Azərbaycan  Həmkarlar İttifaqları  Konfederasiyasının bütün dünya həmkarlar ittifaqlarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar müraciəti»nin mətni bəyənilsin və qəbul edilsin (əlavə olunur).

 
 
Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının Təftiş komissiyasının tərkibi haqqında
 
Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı qərara alır:
Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının Təftiş komissiyasının tərkibi təsdiq edilsin (əlavə edilir).
 
 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclis üzvlərinin səlahiyyətlərinin tanınması barədə qurultayın Mandat komissiyasının məruzəsi haqqında
 
Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı qərara alır:
Naxçıvan Muxtar Respublikası həmkarlar ittifaqından və sahə həmkarlar ittifaqlarından birbaşa nümayəndəliklə seçilmiş Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının Məclis üzvlərinin səlahiyyətlərinin tanınması barədə qurultayın Mandat komissiyasının məruzəsi təsdiq edilsin (əlavə olunur).
 


Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayının nümayəndələrinin səlahiyyətlərinin təsdiqi haqqında

 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayına seçilmiş nümayəndələrin səlahiyyətləri təsdiq edilsin (əlavə olunur).
 
 

Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına müraciəti barədə
 
Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı qərara alır:
«AHİK-in IV qurultay nümayəndələrinin Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına Müraciəti»nin mətni bəyənilsin və qəbul edilsin (əlavə olunur).


FAYDALI KEÇİDLƏR