Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri TÜRK-İŞ-in Baş məclisində iştirak etmişdir
09 Dec 2011
S.Mehbalıyev Baş məclisin açılışında çıxış edərək, qardaş ölkənin ən böyük həmkarlar təşkilatının bu mühüm tədbirinə müvəffəqiyyətlər arzulamış, TÜRK-İŞ-in sədri Mustafa Kumluya Azərbaycan xalçası hədiyyə etmişdir.
Açılışı mərasimində Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik, siyasi partiyaların və həmkarlar konfederasiyalarının liderləri iştirak etmişlər.