AZ | RU | EN
AZ | EN | RU

Azərbaycan ilə Rusiya arasında həmkarlar ittifaqları sahəsində əməkdaşlıq müqaviləsi imzalanmışdır

26 Apr 2011

AzərTAc xəbər verir ki, 11 bənddən ibarət sənədi Azərbaycan tərəfindən Konfederasiyanın sədri Səttar Mehbalıyev, Rusiya tərəfindən isə Federasiyanın prezidenti Mixail Şmakov imzalamışlar. S.Mehbalıyev sənəd barədə məlumat verərək bildirmişdir ki, iki təşkilat arasında əməkdaşlıq müqaviləsi ilk dəfə 1995-ci ildə bağlanmışdır. Bu gün isə həmin müqavilə yenilənmiş, bəndlər günün müasir tələblərinə uyğun hazırlanmışdır. Sənəddə miqrasiya proseslərinin vacibliyi nəzərə alınmışdır. Miqrantların hüquqları sahəsində iş aparılır. Belə ki, Azərbaycandan olan miqrantların haqlarının qorunması yollarının konkretləşdirilməsi, bu işdə həmkarlar ittifaqının iştirakının təmin edilməsi məqsədi ilə AHİK 2011-ci ilin martında Rusiyanın Sverdlovsk vilayətinin Həmkarlar İttifaqı Federasiyası ilə ikitərəfli müqavilə bağlamışdır. Müqaviləyə əsasən, Sverdlovskda yaşayan 60 min azərbaycanlının işçi hüquqları konkretləşdirilmiş, onların yerli həmkarlar orqanına seçmə və seçilmə hüququ nəzərdə tutulmuşdur.

bkonfr6 bkonfr8
rus-muq4 rus-muq2

rus-muq3

 

 

FAYDALI KEÇİDLƏR