AZ | RU | EN
AZ | EN | RU

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının V qurultayı keçirilmişdir

28 Sep 2012

Qurultayda federasiyanın sədri Tofiq Quliyev rəhbərlik etdiyi qurumun IV qurultayından ötən dövr ərzində fəaliyyəti və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, hesabat dövründə federasiyanın yeddi məclisi, icraiyyə komitəsinin 29 iclası keçirilmişdir. Son hesabat seçkiləri zamanı həmkarlar ittifaqı təşkilatlarına 126 gəncin namizədliyi irəli sürülmüş, onlardan 47 nəfəri sədr seçilmişdir. Sahə həmkarlar ittifaqı 47 rayon, birlik komitəsi və 72 min 139 həmkarlar ittifaqının üzvünü özündə birləşdirir. Qurum fəaliyyətini genişləndirmək məqsədilə müxtəlif xarici ölkələrdə layihələr həyata keçirir, sərgilər təşkil edir. 

 Diqqətə çatdırılmışdır ki, Azərbaycanda kənd təsərrüfatı artan sürətlə inkişaf edir. Ötən ilin yekunlarına görə, qeyri-neft sektorunda 9,4 faiz, kənd təsərrüfatı sahəsində isə 5,8 faiz artım qeydə alınmışdır. Cari ilin altı ayında isə kənd təsərrüfatı sahəsində artım yüksələrək 20,4 faizə çatmışdır. Genişmiqyaslı sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi nəticəsində son yeddi ildə 900 mindən çox yeni iş yeri açılmışdır. Bunun da nəticəsində işsizliyin səviyyəsi 1,4 dəfə aşağı düşmüşdür.

28.09.12.2 28.09.12.4

28.09.12.5 28.09.12.1

Qurultayın işinə uğurlar arzulayan AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev konfederasiyanın son illərdə gördüyü işlərdən danışmışdır. Vurğulanmışdır ki, həmkarlar ittifaqının inkişafı məqsədilə hüquqi baza formalaşdırılmış, qanunvericiliyə əlavə və dəyişikliklər edilmişdir. Hazırda Azərbaycan bu sahədə MDB ölkələri arasında qabaqcıl yerdədir.

Sonra Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının təftiş komissiyasının hesabatı dinlənilmiş, qurumun 2012-2017-ci illər üçün fəaliyyətinin əsas istiqamətləri müəyyənləşdirilmişdir.

 Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının sədri vəzifəsinə yenidən Tofiq Rəhman oğlu Quliyev seçilmiş, qurumun Təftiş Komissiyasının tərkibi müəyyənləşdirilmişdir. 

Çıxış edən qonaqlar AHİK-in fəaliyyətini yüksək qiymətləndirmiş, qonaqpərvərliyə görə minnətdarlığını çatdırmış, xatirə hədiyyələri təqdim etmişlər.

Sonda qonaqlara, eləcə də xidmətdə fərqlənən Sahə həmkarlar ittifaqının sədrlərinə və fəallarına xüsusi hədiyyələr təqdim olunmuşdur.

FAYDALI KEÇİDLƏR