AZ | RU | EN
AZ | EN | RU

Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün Baş Kollektiv Saziş haqqında

06 Sep 2014

AHİK-in İcraiyyə Komitəsi qərara alır:                                                                 6-53ə 05.09.2014

1. Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 10 iyul 2014-cü il tarixli 227  saylı qərarla bağlanmış 2014-2015-ci illər üçün Baş Kollektiv Saziş nəzərə alınsın.

2. Sahə Həmkarlar İttifaqları Respublika Komitələri 2014-2015-ci illər üçün sahə (tarif) saziş və kollektiv müqavilə hazırlayarkən, həmkarlar ittifaqlarının mövqeyini əks etdirən Tövsiyələrdən istifadə etsinlər.

3. 2014-2015-ci illər üçün Baş Kollektiv Sazişin icrasına dair hazırlanmış tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

4. Tədbirlər planı məlumat üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına göndərilsin.


FAYDALI KEÇİDLƏR