Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2012-2013-cü illər üçün Baş Kollektiv Saziş haqqında
06 Apr 2012
30 mart 2012-ci il
Bakı şəhəri, № 14.b.2
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 06 mart 2012-ci il tarixli, 58 saylı qərarla bağlanmış 2012-2013-cü illər üçün Baş Kollektiv Saziş nəzərə alınsın.
2. 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişlə əlaqədar aparılan danışıqların nəticələri müsbət qiymətləndirilsin.
3. Sahə Həmkarlar İttifaqı Respublika Komitələrinə 2012-2013-cü illər üçün saziş və kollektiv müqavilələr bağlayarkən Baş Kollektiv Sazişdən və AHİK-in İcraiyyə Komitəsi tərəfindən 13 mart tarixdə təsdiq edilmiş Tövsiyələrdən istifadə olunması tapşırılsın.
4. 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişin icrasına dair hazırlanmış tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
5. Tədbirlər planı məlumat üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasına göndərilsin.