AZ | RU | EN
AZ | EN | RU

Azərbaycanda gənclərin inkişafının təmin edilməsi üçün ardıcıl işlər aparılır

16 May 2011

 

 

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin cari il aprelin 6-da imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında Sərəncamdan irəli gələn işlər, onların icrası ilə bağlı məsələlər müzakirə olunmuşdur. S.Mehbalıyev Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən, bunun nəticəsində əldə olunmuş nailiyyətlərdən danışmışdır. 

AHİK sədri bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ulu öndərin ideyaları reallığa çevrilmişdir. Azərbaycanda gənclərin təhsil, sosial müdafiə və işlə təminatı sahələrində atılan məqsədyönlü addımlar onların imkanlarını genişləndirmişdir. Respublikada yeni iş yerlərinin açılması, tələbələrin təqaüdlərinin və gənclərin xaricdə təhsil imkanlarının artırılması dövlətimizin gənclərlə bağlı siyasətinin prioritet istiqamətlərindən biridir.

S.Mehbalıyev AHİK-in gənclər siyasətindən də danışmışdır. O, bildirmişdir ki, bu gün həmkarlar ittifaqları öz sıralarında 300 mindən artıq gənci birləşdirir. Gənclərin hüquq və mənafelərinin müdafiə olunması, onların üzvlüyə cəlb edilməsi, işəgötürənlər tərəfindən hüquqlarının qorunması, sağlam ruhda böyüməsi AHİK-in gənclərlə bağlı fəaliyyətinin əsasını təşkil edir. Ali məktəblərin həmkarlar təşkilatlarının üzvləri də Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan, həyata keçirilən dövlət proqramlarından və onların icrası ilə bağlı görülən işlərdən danışmışlar. Onlar Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəklədiklərini və onun ətrafında sıx birləşdiklərini bildirmişlər.

Sonda gənclər adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Görüşdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, AHİK həmkarlar ittifaqlarının üzvləri də iştirak etmişlər.

genc-1 genc-3
genc-5 genc-4

 

FAYDALI KEÇİDLƏR