AZ | RU | EN

Azərbaycanda Heydər Əliyev siyasətinə alternativ yoxdur

07 May 2013

ameAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqı ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar tədbir keçirib. İlk çıxış edən AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, tarix elmləri namizədi Adil Mirabdullayev Heydər Əliyevin həyat yolu və fəaliyyətindən danışıb:

Milli özünüdərkin yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın ən yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır.

 

O, xalqının və dövlətinin maraqlarını hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran lider, dahi rəhbər idi. Danılmaz faktdır ki, respublikamızın ən yeni tarixinin bütöv bir dövrü, siyasi-iqtisadi, mədəni və mənəvi yüksəlişi məhz onun siyasi və dövlətçilik fəaliyyəti ilə üzvi surətdə bağlıdır. Həyatını xalqına həsr etmiş müdrik zəka sahibi, əzəmətli şəxsiyyət olan Heydər Əliyev öz işıqlı əməlləri ilə müstəqilliyimizin bərpasında, möhkəmləndirilməsində, ölkəmizin dünya miqyasında tanınmasında müstəsna xidmətlər göstərmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanda Heydər Əliyev siyasətinə alternativ yoxdur və bu siyasət respublikamızın uğurlu inkişafının əvəzsiz təminatıdır ".

Sonra Heydər Əliyevin həyat yoluna həsr olunmuş videosüjet təqdim edildi.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri Abuzər Ələkbərov "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur" mövzusunda çıxış etdi. Bildirdi ki, məhz onun dövründə respublikamızın iqtisadiyyatı sürətlə inkişaf edib, Azərbaycan dilinin işlənməsinə xüsusi diqqət ayrılıb, milli ideologiyaya önəm verilib.

AMEA Kimya Problemləri İnstitutunun HİK sədri Arif Əfəndi "Heydər Əliyev və AMEA-nın inkişafı" haqqında danışıb:" Akademiyanın fəaliyyətinin bir hissəsi onun hakimiyyətdə olduğu dövrə təsadüf edib. Bu müddət ərzində bir çox alimlərimiz yetişib. AMEA-nın maddi texniki bazasının güclənməsində, elmi kadrların yetişməsində, bilik səviyyəsinin artırılmasında onun böyük xidmətləri olub. Silsilə görüşlər keçirilib, müzakirələr aparılıb".

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun HİK sədri Rəna Mirzəzadə "Heydər Əliyev və gender siyasəti" barədə iştirakçılara məlumat verib:" Onun hakimiyyəti dövründə qadınlar həmişə cəmiyyətin aparıcı siması olub. Belə deyərdi, mən qadınları həmişə etibarlı dost hesab etmişəm. Azərbaycan xanımına hər zaman xüsusi önəm verirdi".

Tədbir digər natiqlərin çıxışları ilə davam edib.