AZ | RU | EN
AZ | EN | RU

Bakıda Beynəlxalq Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı İcraiyyə Komitəsinin iclası keçirilib

17 Sep 2014


Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və məşhur estrada müğənnisi Müslüm Maqomayevin də xatirələri yad olundu, məzarları üzərinə gül dəstələri düzüldü.
Sonra Şəhidlər xiyabanına gələn iclas iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.

17.09.14.2 bust

17.09.14.1

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev İcraiyyə Komitəsinin iclasını açaraq ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlərdən danışdı, cəmiyyətimizin bütün sahələrindəki inkişafı xatırladaraq dedi: “Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində ölkədə mühüm layihələr həyata keçirilib, əhalinin maddi rifahı xeyli yaxşılaşdırılıb. Regionların inkişafı üzrə dövlət proqramları uğurla reallaşdırılır, nəqliyyat və yol infrastrukturuna böyük investisiyalar qoyulur, nəhəng sosial layihələr həyata keçirilir”.
S. Mehbalıyev Xəzər dənizinin qədim zamanlardan dəniz nəqliyyatçılarının gərgin əməyinə şahidlik etdiyini vurğulayaraq bildirdi ki, Xəzəryanı ölkələrin iqtisadi əlaqələri dərin köklərə malikdir. Xəzərdə ticarət gəmiçiliyinin inkişafı ilə Bakı buxtasının əhəmiyyəti xeyli artmışdır. Yaxın-uzaq xarici ölkələrə neft məhsulları əsrlər boyu dəniz nəqliyyatı ilə daşınıb. İkinci Dünya müharibəsi illərində cəbhədə istifadə olunan neftin 75 faizi Bakıdan su yolu ilə aparılıb.
Diqqətə çatdırıldı ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 1,6 milyon üzvü birləşdirən 27 sahə və sahələrarası həmkarlar təşkilatından ibarətdir. Həmkarlar İttifaqı təşkilatları respublikada əhalinin məşğulluq problemləri, işçilərin əməyinin mühafizəsi və hüquqlarının qorunması ilə bağlı məsələlərə, eləcə də üzvlərin təşkilatlanmasına xüsusi diqqət yetirir.

17.09.14.3

Beynəlxalq Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı İcraiyyə Komitəsinin sədri Georgi Stolyarenko Azərbaycanda həmkarlar təşkilatlarının çox iş gördüyünü, böyük nüfuzu olduğunu dedi. G. Stolyarenko bildirdi ki, məqsədimiz azərbaycanlı həmkarlarımızla əlaqələri genişləndirmək, qarşılıqlı təcrübə mübadiləsindən yararlanmaqdır.
İclasda Beynəlxalq Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqının xətti ilə görüləcək işlərdən danışıldı, bu sahədə birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparıldı.

FAYDALI KEÇİDLƏR