AZ | RU | EN
AZ | EN | RU

Bakıda gənclərin məşğulluğuna həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir

28 Aug 2013

 

İki gün davam edən konfransda PARŞ-ın icraçı katibi Qriqor Qradyev ilə yanaşı, Belçika, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Gürcüstan və digər ölkələrdə fəaliyyət göstərən milli həmkarlar ittifaqlarının gənc liderləri iştirak edirlər.

Konfransı açan AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev tədbirin əhəmiyyətindən danışmış və dünyada gənclərin məşğulluq səviyyəsi haqqında məlumat vermişdir. Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğını konfrans iştirakçılarının diqqətinə çatdıran Səttar Mehbalıyev ölkəmizdə son 10 ildə bir milyondan çox yeni iş yerlərinin açıldığını, “Gənclər siyasəti haqqında” Qanunun qəbul edildiyini və gənclərlə bağlı Milli Fəaliyyət Planının həyata keçirildiyini vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycan gənclərin məşğulluq şəbəkəsinə daxil olmasına görə qabaqcıl ölkələr sırasındadır. Məşğulluğun dəstəklənməsi üzrə Milli Fəaliyyət Planında gənclər arasında işsizliyin azaldılması, peşəyönümlü təlimlərin keçirilməsi prioritet təşkil edir.

27.08.13 27.08.13.2

Gənclərin ölkə əhalisinin 37 faizini təşkil etdiyini vurğulayan AHİK sədri bildirmişdir ki, müvafiq Dövlət Proqramına əsasən bölgələrdə gənclər mərkəzləri tikilib istifadəyə verilir. Eyni zamanda gənclərin xaricdə təhsili ilə bağlı xüsusi Dövlət Proqramı həyata keçirilir. Biz də çalışırıq ki, gənclərimiz Avropa təcrübəsindən yararlana bilsinlər. Hər il minlərlə gəncin təhsilini davam etdirməsi üçün konfederasiya tərəfindən təhsil haqqı ödənilir.

Bu sahədəki problemlərə də toxunan S.Mehbalıyev qeyd etmişdir ki, bəzən işəgötürənlər gənclərin hazırlıq səviyyəsinin aşağı olmasını bəhanə gətirərək onları işə qəbul etmirlər. Bu problem diqqətdə saxlanılır. Biz bu istiqamətdə işlər görürük. Məsələn, gənclərimizin hələ tələbə olarkən müvafiq müəssisələrdə təcrübə qazanmaları təmin edilir. Bu da gənclərin təhsilini başa vurduqdan sonra işlə təminatına şərait yaradır, - deyə AHİK sədri sözünü tamamlamışdır.

Gənclərin Həmkarlar İttifaqı hərəkatına cəlb edilməsi, onların Həmkarlar İttifaqı siyasətinin formalaşmasındakı rolu barədə danışan PARŞ-ın icraçı katibi Qriqor Qradyev bildirmişdir ki, gənclərin işsizliyi dünyada ən başlıca problemlərdən biridir. Odur ki, bununla bağlı keçirilən beynəlxalq tədbirlər, eləcə də Bakı konfransı mühüm əhəmiyyət kəsb edir.

Qriqor Qradyev vurğulamışdır ki, hazırda bir çox dövlətlərin qarşılaşdıqları problemlərdən biri də gənc kadrların işlə təmin olunmamasıdır. Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının əsas vəzifəsi odur ki bu problemləri aradan qaldırılsın. O demişdir: “Əminəm ki, konfransın sonunda biz əməli nəticələr əldə edəcəyik”.

Daha sonra konfrans öz işini müzakirələrlə davam etdirmiş, işsizlik, gənclər arasında məşğulluğun, qeyri-bərabərlik və kollektiv maraqlarının təqdim olunması çağırışlarına həmkarla ittifaqlarının təsiri, BHİK-in yeni planları və digər mövzularda fikir mübadiləsi aparılmışdır.

FAYDALI KEÇİDLƏR