AZ | RU | EN
AZ | EN | RU

Bakıda Ümum Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

22 Oct 2014

Qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələrini yad etmiş, məzarları üzərinə tər qərənfillər düzmüşlər.

Qonaqlar Bakının mənzərəsini və Bayraq Meydanını da seyr etmişlər.

22.10.2014.6 22.10.14.8

22.10.2014.5 22.10.2014.4

Sonra İcraiyyə Komitəsinin növbəti iclasına toplaşmışlar.

ÜHİK-in sədri Mixail Şmakov iclası açaraq tədbirin təşkilinə və göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyinə minnətdarlıq edib. O bildirib ki, MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzi və 30 beynəlxalq həmkarlar ittifaqı birliyi ÜHİK-in ətrafında birləşib. AHİK 2001-cü ildən bu təşkilatın üzvüdür və hazırda ÜHİK-in bütün rəhbər orqanlarında təmsil olunur.

M. Şmakov deyib ki, Azərbaycan dövləti gündən-günə çiçəklənir, inkişaf edir. İqtisadi inkişaf sürətinə görə Azərbaycan MDB-də liderdir. Ölkədə ümumi daxili məhsul istehsalının həcmi, adambaşına düşən gəlirlərin məbləği artmışdır. Bizdə olan məlumata görə, artım davam edir. Təbii ki, bütün bunlar insanların sosial vəziyyətinin, həyat tərzinin yaxşılaşmasına xidmət edir. Azərbaycanda həmkarlar ittifaqları da mütəşəkkildir. Dövlətin inkişafı həmkarlar ittifaqı təşkilatlarının da  inkişafına təkan verir. İcraiyyə Komitəsinin növbəti iclasının Azərbaycanda keçirilməsi dostluğumuzun, əməkdaşlığımızın və AHİK-in inkişafının bariz nümunəsidir”.
Sonra AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev qonaqları salamlayaraq deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətlə inkişaf edir. İnsanların həyat tərzi, sosial vəziyyəti yaxşılaşır, ölkədə demokratiya, vətəndaş cəmiyyəti inkişaf edir. Bu inkişaf özünü həmkarlar ittifaqı təşkilatlarının formalaşmasında da göstərir.

Həmkarlar ittifaqlarının birliyinin möhkəmlənməsində və inkişafında ÜHİK-in rolunu yüksək qiymətləndirən S. Mehbalıyev bildirib ki, AHİK-lə ÜHİK, eləcə də təşkilata üzv olan digər birliklər arasında əlaqələr çox yüksək səviyyədədir. Qlobal problemlərin həllində birgə səylər göstəririk. Faydalı qarşılıqlı təcrübə, fikir mübadiləsi aparırıq və bunun çox böyük səmərəsi olur .AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, 2001-ci ildən isə Ümum Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Üzv təşkilatlarımızın maraqlarına uyğun olaraq biz Beynəlxalq Əmək Təşkilatı ilə əlaqələrimizi də möhkəmləndiririk, onun layiqli əmək, əməyin və ətraf mühitin mühafizəsi uğrunda keçirdiyi daimi aksiyalarda iştirak edirik.

22.10.2014.2 22.10.2014

22.10.2014.1 22.10.2014.3

Daha sonra S. Mehbalıyev qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları vətəndaş cəmiyyətinin fəal üzvü olmaqla ölkə həyatının bütün həlledici istiqamətlərinin formalaşmasında iştirak edir. Bu gün AHİK öz sıralarında 1milyon 600 mindən artıq həmkarlar ittifaqı üzvünü, 27 sahə həmkarlar ittifaqı mərkəzini, 504 şəhər və rayon komitəsini, 68 birləşmiş həmkarlar ittifaqını, 10730 ilk təşkilatı birləşdirir. Konfederasiyanın tərkibində 3 həmkarlar ittifaqı Federasiyası, Naxçıvan Vilayət Həmkarlar İttifaqı Şurası fəaliyyət göstərir.

AHİK əmək və əhalinin sosial müdafiəsi, maliyyə, təhsil, gənclər və idman nazirlikləri, dövlət sosial müdafiə Fondu, qaçqın və məcburi köçkünlərin işi üzrə dövlət komitəsi, müharibə veteranları təşkilatı və digər təşkilatlarla konstruktiv şəkildə əməkdaşlıq edir.

S. Mehbalıyev əmin olduğunu bildirdi ki, ÜHİK İcraiyyə Komitəsinin iclasının Bakıda keçirilməsi əlaqələrimizin daha da genişlənməsində və möhkəmlənməsində, eləcə də müştərək problemlərimizin həllində mühüm rol oynayacaqdır.

(AHİK sədrinin İcraiyyə Komitəsinin iclasında “Azərbaycanda həmkarlar ittifaqı hərəkatının vəziyyəti, motivasiyası və inkişaf  perspektivləri haqqında“ məruzəsinin tezisləri mətnə əlavə olunur).

Daha sonra iclas iştirakçıları gündəlikdə duran məsələləri müzakirə etmişlər.  “ÜHİK-in üzv təşkilatlarının minimum əməkhaqqılarının artırılması və yaşayış minimumundan (minimal istehlak büdcəsinin) aşağı olmayan səviyyəyə çatdırılması istiqamətində həmkarlar ittifaqlarının fəaliyyəti haqqında”, “Azad ticarət  xidmətləri haqqında razılaşmalara  həmkarlar ittifaqlarının mövqeyi haqqında”, “MDB iştirakçısı olan dövlətlərdə əməyin mühafizəsinin vəziyyəti haqqında”, “Ümimdünya Layiqli Əmək  Gününün keçirilməsində ÜHİK-in üzv təşkilatlarının iştirakı haqqında”, “ÜHİK-in üz təşkilatlarının gənclərlə iş təcrübəsi haqqında”,  “ÜHİK-in üzv təşkilatlarından üzvlük haqlarının ödənilməsi qaydaları haqqında” və s. məsələlərə baxılmış, ÜHİK-in 2015-ci il üçün gəlir və xərclər smetası müəyyən edilmişdir.

Tədbirdə gənc həmkarlar ittifaqı liderlərinin “Dəyirmi masa” arxasında görüşü də keçirilmişdir.

Səfər çərçivəsində qonaqlar Bakının tarixi və görməli yerləri ilə  tanış olacaq, Heydər Əliyev Müzeyinə gedəcək, Qobustana və respublikanın rayonlarına səfər edəcəklər.

FAYDALI KEÇİDLƏR