Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Qay Rayderin başçılıq etdiyi nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
21 May 2018
Ölkəmizə
rəsmi səfərə gəlmiş Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Qay
Rayderin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının, Azərbaycan Respublikası Sahibkarlar(İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının rəhbər şəxsləri, Azərbaycan Respublikasının BMT-nin
Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi
nümayəndəsi ilə birgə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini
ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Şəhidlər xiyabanı ziyarət olunaraq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə olunub. Şəhidlərimizin məzarları üzərinə gül-çiçək dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Q.Rayderin başçılıq etdiyi nümayəndə heyəti Bakının ən hündür nöqtəsindən Bakı şəhərinin mənzərəsini seyr edib. Şəhidlər xiyabanının tarixi, şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə qonaqlara məlumat verilib.