Gənclərin Beynəlxalq Forumu Özbəkistanda keçirildi (TEMP-2019)
22 Jul 2019
İyunun 22-28-də TEMP (Həmkarlar İttifaqları Gəncləri Əməkdə Yekdildirlər) beynəlxalq forumu keçirilmişdir. Özbəkistan Həmkarlar İttifaqı Federasiyasının öz sosial tərəfdaşları ilə birgə təşkil etdiyi Beynəlxalq ТЕМП 2019 Forumu tədris və liderlik məktəbini keçmiş dünyanın 20 ölkəsindən olan həmkarlar ittifaqlarında çalışan gənclərin fəaliyyətində və təhsilində mühüm rol oynayır.
Adı çəkilən forum sosial problemlərə dair biliklər və
anlayışların inkişaf etdirilməsinə və həmin problemlərin qeyri-standart vasitələrlə
həll yollarının tapılmasına öz dəyərli töhfəsini vermişdir. Forum iştirakçıları
gənclərlə işlərin aparılmasının kadr siyasətində və təşkilati fəaliyyətdə əsas aparıcı
xətt olmasını qeyd etmişlər.
Keçirilmiş görüşlərin, dəyirmi masaların, habelə ölkələr
üzrə tədqiqatların nəticələri əsasında, Daşkənd Beynəlxalq TEMP 2019 Forumunun
iştirakçıları hökumətlərə gənclərin məşğulluğuna, gənclər tərəfindən işgüzar təşəbbüslərin
təmin edilməsinə, habelə gənclərə əmək bazarının tələblərinə cavab verəcək yeni
biliklərin tədrisi və aşılanması üçün işə götürənlər tərəfindən sərmayə
qoyuluşunun stimullaşdırılmasına, istehsalata sərmayə qoyuluşlarının həcminin
artırılmasına, əmək bazarlarının inklüzivliyinin artırılmasına, sosial tərəfdaşlıqların
müasir formalarının tətbiq edilməsi əsasında vakansiyalar haqqında kompleks
göstəricilər bazasının yaradılmasına ünvanlanacaq dövlət proqramlarının işlənməsi
və həyata keçirilməsində öz səylərini əsirgəməməyi tövsiyə etmişlər.
Həmkarlar İttifaqları gəncləri siyasətinin gələcəkdə təkmilləşdirilməsinə
gəldikdə isə, sənayenin sahələri üzrə müqavilələrin və kollektiv sazişlərin gənclərdən
ibarət bölmələrinin hazırlanması məqsədilə tələbələr və işləyən gənclər həmkarlar
ittifaqlarının fəaliyyətinə cəlb edilməsi də tövsiyə edilmişdir. Həmçinin ali və
orta tədris müəssisələrinin məzunlarının ilk işə başladığı yerdən onların həmkarlar
ittifaqları sferasına cəlb olunması məqsədilə, onların peşə inkişafını diqqətdə
saxlamaq da qeyd edilmişdir. Bu forum sayəsində, biz Özbəkistanın gənclərlə iş,
sosial müdafiə fəaliyyətləri, istehsalat müəssisələrində respublika
iqtisadiyyatının inkişafında mühüm rol oynayan milli istehsal məhsullarına dair
dövlət siyasəti mexanizmləri ilə tanış olduq və dəvət olunmuş ölkələrin təmsilçiləri
arasında təcrübə mübadilələri apardıq.