Beynəlxalq təşkilatın yubiley tədbiri Bakıda keçirilib
05 May 2017
Mayın 5-də Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən "Sheraton" hoteldə Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin (BAİHİB) 20 illik yubileyinə həsr edilmiş təntənəli yığıncaq keçirilib.
Yığıncağa qurumun Şura üzvləri - Ümumrusiya Aviasiya
İşçiləri Həmkarlar İttifaqının sədri V.Selitrinnikov, Belarus Aviasiya İşçiləri
Hİ Birliyinin sədri Y. Yerşov, Ukrayna Aviasiya İşçiləri Hİ-nin sədri
M.Koziç, Qırğızıstan Aviasiya İşçiləri Hİ Respublika Komitəsinin sədri
K.Kalmurzayev, Latviya Aviasiya İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri
V.Qolyakov, Özbəkistan Aviasiya İşçiləri Hİ Respublika Şurasının sədri
Ş.Minqaliyev, Tacikistan Aviasiya İşçiləri Hİ Respublika Komitəsinin sədri
S.Kasirov dəvət olunmuşdular. Tədbirdə AHİK-in sədr müavini C.Alxasov da
iştirak edib.
Yubiley tədbirini giriş sözü ilə BAİ HİB-in sədri, Azərbaycan
Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifov
açıb. Sonra geniş giriş
nitq söyləyib. O, Birliyin yaranma tarixi
və səbəbləri, fəaliyyətinin müəyyən mərhələlərində üzləşdiyi çətinliklər və
region aviasiya sisteminin inkişafına verdiyi töhfələr və sahə işçilərinin
sosial, əmək hüquqlarının qorunması işində qazandığı uğurlar barədə ətraflı məlumat
verib. Bildirdi ki,
Birlik işini milli sahə həmkarlar ittifaqları ilə əlaqəli şəkildə qurur. Onlara
metodiki və əyani köməklik göstərir. Aralarında işgüzar əməkdaşlığın daha da
möhkəmləndirilməsi üçün bütün imkanlarından bəhrələnir. Üzv təşkilatlar
arasında sıx əlaqə və əməkdaşlıq indiki dövrdə xüsusilə çox vacibdir. Çünki
zaman dünya həmkarlar hərəkatının qarşısına get-gedə daha çətin və yeni vəzifələr
qoyur. Elə vəzifələr ki, onları yalnız birlikdə, səmərəli əməkdaşlıq şəraitində
həll etmək mümkündür.
Məruzə ətrafında çıxış edən V.Selitrinnikov,
Y.Yerşov, Ş.Minqaliyev, M.Koziç də Birliyin bir beynəlxalq struktur kimi özünü
doğrultduğunu diqqətə çatdırıblar. Dedilər ki, B.Yusifov
şuranın ona həvalə etdiyi vəzifənin öhdəsindən ləyaqətlə gəlir.
Məruzə və çıxışlardan sonra Respublika Şurasının birliyin
ünvanına 20 illik yubiley münasibətilə Ümumhəmkarlar İttifaqları
Konfederasiyasının Baş katibi Vladimir Şerbakovun, AHİK-in sədri, BHİK-in və
PARŞ-ın vitse-prezidenti, millət vəkili Səttar Mehbalıyevin, Milli Aviasiya
Akademiyasının rektoru, akademik Arif Paşayevin, Azərbaycan Respublikasının
Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovun, "Azərbaycan
Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovun, Qırğızıstan Həmkarlar
İttifaqları Federasiyasının sədri Mirbek Asanakunovun göndərdikləri təbrik məktubları
oxunub.
Sonra bir çox qabaqcıl həmkarlar ittifaqı fəalı
Ümumittifaq Həmkarlar İttifaqları Konfederasiyasının gümüş medalı və Fəxri Fərmanı,
Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin
"20 illik" yubiley döş nişanı və Fəxri Fərmanı ilə təltif olunublar.
Ülfət qəzeti
06.05.2017