AZ | RU | EN
AZ | EN | RU

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndə heyəti AHİK-də qəbul edilmişdir

15 Dec 2011

 

Demişdir ki, BMqT-nin Moskva ofisi insan alverinin dayandırılması və ona qarşı əks fəaliyyət, miqrantların hüquqlarının müdafiəsi adı altında növbəti layihə hazırlayıb həyata keçirir. Layihənin uğurunda ölkənin, eləcə də qonşu dövlətlərin hüquq-mühafizə orqanları arasında əməkdaşlıq ən əhəmiyyətli faktorlardan biridir. Bu əməkdaşlığa nail olmaq üçün layihə iştirakçıları bir çox ölkələrə, o cümlədən Azərbaycana səfərlər edir. Görüşlərdə müzakirə mövzusu əsasən ölkələr, qurumlararası təcrübə, informasiya mübadiləsi olur.

D. Babin daha sonra dedi ki, bizdə olan məlumata görə, bu sahədə Azərbaycan həmkarlar ittifaqları fəal iştirak edir. Nümunəvi təcrübəyə malikdir. Ona görə də biz sizin təcrübənizi dinləməyi, öyrənməyi münasib bilib görüşünüzə gəldik.

AHİK sədrinin müavini Cavanşir Alxasov nümayəndə heyətinə bildirdi ki, onlar çox aktual bir problem ilə məşğul olurlar. Həm miqrasiya, həm də insan alveri günümüzün narahatlıq doğuran bəlaları sırasında ön yerlərdən birini, bəlkə də birincisini tutur. Azərbaycana da bu problem yad deyil. Dövlətimiz bu bəlanın genişlənməməsi, tədricən aradan qaldırılması istiqamətində ciddi tədbirlər görür. Bir sıra qanunlar, dövlət proqramları, normativ-hüquqi aktlar qəbul edilmişdir. Xüsusi xidmətlər yaradılıb. İctimai təşkilatlarla birlikdə bu xidmətlər tərəfindən insan alveri, qeyri-qanuni miqrasiya halları aşkara çıxarılır və müvafiq tədbirlər görülür.

C.Alxasov nümayəndə heyətinə məlumat üçün dedi ki, Azərbaycanda da "İnsan alveri və qeyri-qanuni miqrasiyanın aradan qaldırılması", "Cənubi Qafqazda insan alverinə qarşı cavab mexanizminin hazırlanması" layihələri həyata keçirilir. Layihələrin koordinasiyası üçün Məşvərət Komitəsi yaradılıb. Bu komitəyə AHİK-in nümayəndəsi də daxil edilib. Həmkarlar ittifaqları ölkənin ən kütləvi ictimai təşkilatı olaraq bu problemin dərindən öyrənilməsinə, dərk olunmasına və Milli Fəaliyyət Planı çərçivəsində məqsədəmüvafiq işlərin həyata keçirilməsinə səy göstərir.

Təşkilatımız Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya Siyasəti İdarəsi və əmək müfəttişliyi, Dövlət Miqrasiya Xidməti və sair qurumlarla sıx əməkdaşlıq şəraitində çalışır. Onlarla birgə tədbirlər hazırlayıb (maarifləndirmə, zərərçəkənlərə yardım, reabilitasiya və cəmiyyətə yenidən intiqrasiya, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrdə çalışan miqrantların həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsi və s.) reallaşdırır. AHİK və Gürcüstan, Rusiya həmkarlar ittifaqları mərkəzləri və Sverdlovsk Vilayət Həmkarlar İttifaqları Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Öhdəliklər arasında miqrasiya proseslərini əhatə edən bəndlər də var.

Konfederasiyaya üzv olan İnşaat Kompleksi İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi xidmətində olan təşkilat və müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olan əcnəbi vətəndaşların hüquqlarının qorunması və ictimai nəzarətin həyata keçirilməsi məqsədi ilə Serbiya, Bosniya və Herseqovina həmkarlar ittifaqları məsulları ilə görüşmüş və müvafiq müqavilələr bağlamışdır.

Qeyri-qanuni miqrasiya və insan alverinin gətirdiyi fəsadlar, onlara qarşı mübarizənin səmərəli yolları barədə AHİK-in şöbə müdiri Namiq Hüseynovun da məlumat xarakterli çıxışı qonaqların böyük marağına səbəb oldu.

 Görüşdə AHİK sədrinin müavini Vaqif Eyvazov, katibi-aparat rəhbəri Həsən Cəfərov da iştirak edirdilər.

15.11.11 15.11.11.2

 

FAYDALI KEÇİDLƏR