C. Naxçıvanski adına Hərbi Litseyin müdavimlərinə Azərbaycan Həmkarlar İttifaqlarının mükafatları haqqında ƏSASNAMƏ
08 May 2006
1. Azərbaycan Həmkarlar İttifaqlarının mükafatları Respublika Silahlı Qüvvələri üçün milli kadr hazırlanması işinin yaxşılaşdırılmasında stimn yaradılması, hərbi təhsilin keyfiyyətinin yüksəldilməsi, müdavimləri ümumtəhsil fənlərinin, xüsusən hərbi biliklərin mənimsənilməsinə həvəsləndirilməsi, onların ictimai fəaliyyətə geniş cəlb edilməsi, hərbi nizamnamələrin tələblərinə əsasən qurulan daxili qaydalara tağım və bölüklər tərəfindən yüksək səviyyədə riayət olunması, təhsil ocağında nizam-intizamın ümumi səviyyəsinin yüksəldilməsi məqsədi ilə verilir.
2. Azərbaycan Həmkarlar İttifaqlarının mükafatlarına təhsil ilinin yekunlarına görə biliklərin mənimsənilməsində yüksək göstəricilərə nail olan, təşəbbüskar, qüsursuz xidmət edən, ictimai işlərdə fəallıq göstərən müdavimlər və tədris prosesində, hərbi nizamnamələrin tələblərinə əsasən qurulan daxili qaydaların ümumi göstəriciləri və nizam-intizamın səviyyəsi yüksək olan, litseyin ictimai, o cümlədən mədəni və idman həyatında fəal iştirak edən tağım və bölüklər irəli sürülə bilərlər.
3. Azərbaycan həmkarlar ittifaqlarının mükafatları ilə ildə bir dəfə müəyyən edilmiş qaydada təhsil ilinin yekunlarına görə litseyin 1 tağım və 1 bölüyü, hər kursdan isə iki nəfər olmaqla 6 nəfər müdavim təltif oluna bilər. Mükafatlara təqdim edilmək üçün namizədlərin irəli sürülməsi işinə litseyin pedaqoji şurası baxır və bu haqda protokol tərtib edir. Litsey komandanlığı və işçilərin həmkarlar ittifaqı komitəsi bu sənədi əsas tutaraq birlikdə müvafiq qərar qəbul edirlər.
Qərar hər il may ayında AHİK-ə təqdim olunur.
4. Azərbaycan həmkarlar ittifaqları mükafatlarının verilməsi haqqında qərar AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şö`bəsinin təqdimatına əsasən, AHİK-in İcraiyyə Komitəsində təsdiq olunur.
5. Azərbaycan həmkarlar ittifaqları mükafatlarına layiq görülmüş 6 müdavimə, 1 tağım və 1 bölüyə laureat adı verilməklə, AHİK-in diplomu və üzv təşkilatların müəyyən edilmiş qaydada pul mükafatları təqdim olunur.
6. Azərbaycan Həmkarlar İttifaqlarının mükafatlarını almaqdan ötrü irəli sürülən 6 müdavim namizədə, 1 tağım və 1 bölüyə litsey komandanlığının məktub təqdimatı və müvafiq sənədlər (protokol, qərar və s.) aşağıdakı ünvana təqdim olunur.