AZ | RU | EN
AZ | EN | RU

İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir

24 Feb 2014

 

Gündəlikdə duran ikinci məsələ AHİK-in "Azərbaycan Respublikası Müharibə, Əmək, Sılahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatı ilə fəaliyyət planının icrası ilə bağlı komissiyanın yaradılması haqqında" olmuşdur. Fəaliyyət planının həyata keçirilməsi məqsədi ilə birləşmiş daimi komissiyanın heyəti İcraiyyə Komitəsi üzvlərinin müzakirəsinə verilmiş və daimi komissiyaya tapşırılmışdır ki, fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etsin.

Sonra Azərbaycan Respublikasının sosial-iqtisadi vəziyyəti haqqında (2013-cü ilin yekunlarına görə) məsələyə baxılmış, İcraiyyə Komitəsi üzv təşkilatlara bu məsələ ilə bağlı tövsiyələr qəbul etmişdir.

24.02.14.6 24.02.14.4

Tövsiyələrdə deyilir ki, sahə (tarif) sazişləri və kollektiv müqavilələr bağlanarkən sahənin sosial-iqtisadi inkişafında və idarəetmə məsələlərində həmkarlar ittifaqlarının iştirakı təmin olunsun. Yeni layiqli iş yerlərinin yaradılmasında, əmək bazarının inkişafında işəgötürənlə birgə iş aparılsın. Əməkhaqqının artırılması və minimum əməkhaqqının yaşayış minimumuna çatdırılması üzrə işlər davam etdirilsin. Qeyri-formal sektorda məşğulluğun azaldılması və münasibətlərin leqallaşdırılması həmkarlar ittifaqının fəaliyyətində aparıcı istiqamətlərdən olsun. İcarə əməyinə qarşı mübariz mövqe tutulsun. Kadrların peşə-ixtisas hazırlığı, yenidən hazırlıq və ixtisaslarının artırılması məsələlərinə xüsusi diqqətlə yanaşılsın. Sosial partnyorluq prinsiplərinə əməl edilməsinə nail olunsun və onun mexanizmlərindən istifadə edərək sahələrdə (müəssisələrdə) işçilərin sosial-iqtisadi müdafiəsi gücləndirilsin.

İclasda AHİK sədri, millət vəkili Səttar Mehbalıyev çıxış etmiş, gündəlikdə duran məsələlərə münasibətini bildirmişdir.

FAYDALI KEÇİDLƏR