AZ | RU | EN
AZ | EN | RU

Üzv təşkilatlar

Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri 

Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Allahverdiyev Səməd Oysar oğlu 

 

deniz1960 - cı il martın 11-də anadan olmuşdur. Səkkizillik məktəbi bitirdikdən sonra təhsilini 1976-cı ildə Bakı şəhərində davam etdirimişdir. 

1978 - 1980-ci illərdə Sovet Ordusu sıralarında Çexoslovakiyada hərbi xidmətdə olmuşdur.

1980 - cı ildə Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinə matros şagirdi kimi işə qəbul olunmuşdur. İstehsalatdan ayrılmamaq şərtilə 1983-cü ildə Bakı Dəniz Yolları məktəbini bitirərək, texnik-gəmisürücüsü ixtisası almışdır. ARDNDİ-nin gəmilərində 1-ci dərəcəli matros, kapitanın böyük köməkçisi, kapitan vəzifələrində işləmişdir.

1993 - cü ildə Abşeron rayon Dəniz Neft Donanma İdarəsi Həmkarlar İttifaqı KOmitəsinin sədri vəzifəsinə seçilmişdir.

 1999 - cu ildə Donanma işçilərinin Konfransında Xəzər Dəniz Neft Donanması Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Sədri vəzifəsinə seçilmişdir.

 2004 - cü ildə Moskva Əmək və Sosial Münasibətlər Akademiyasını bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.

 Həmkarlar İttifaqı orqanlarında işlədiyi müddət ərzində Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyalarının Fəxri Fərmanları işlə təltif edilmişdir.

 Azərbaycan Respublikasının Prezidentinin 27.11.2005-ci il tarixli 1117 nömrəli Sərəncamına əsasən  “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

1998 - ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2014 - cü il Aprel ayının 8-də Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqının V növbədən kənar qurultayında Respublika Komitəsinin sədri vəzifəsinə seçilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən Səməd Oysar oğlu Allahverdiyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ailəlidir, 3 övladı var.

FAYDALI KEÇİDLƏR