“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin qalibləri mükafatlandırılır
28 Nov 2020
“İndi nədən danışsaq da, sözə qəhrəman Ordumuzun
tarixi qələbəsindən başlayırıq. Bunu ürəyimiz, ürəyimizi dolduran milli iftixar
hissi bizdən tələb edir”.
Ordumuz torpaqlarımızı düşmənlərdən təmizlədi. İndi növbə bizimdir - mülki vətəndaşların.
Xarabalıqlar üzərində möhtəşəm yaşayış məskənləri qurmalıyıq. Bu işdə mədəniyyət
işçiləri də fəal iştirak edəcəklər. Mən buna əminəm.
C.Səttarova sonra gündəlikdə duran məsələ barədə danışdı. Dedi ki, AHİK-in
“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi
(təşkilatı)” devizi altında keçirdiyi Respublika baxış-müsabiqəsinin gedişi mütəmadi
olaraq Respublika Komitəsi və onun yerli strukturları tərəfindən izlənmiş, nəzarətdə
saxlanılmışdır. Müsabiqə iştirakçılarına metodiki, əməli köməklik göstərilmişdir.
Müşahidə edilən nöqsanlar tərəfdaşlarımızla birlikdə aradan qaldırılmışdır.
Biz üzv təşkilatların bərabər şəraitdə mübarizə aparmasını təmin etməyə
çalışırdıq. Çünki məqsədimiz bütövlükdə sahə üzrə təhlükəsiz əmək şəraitinə
nail olmaq idi. Mənə elə gəlir ki, bu məqsədimizə nail olduq.
Əlbəttə, heç bir yarışda bütün qoşulanlar qalib ola bilmir. Biz yaxşıların
yaxşılarını seçdik. Amma onu da deyim ki, digər müsabiqə iştirakçılarının da
növbəti illərdə qaliblər sırasında olmaq potensialı var.
Sonda qalib müəssisələrin - Rəşid Behbudov adına 2 nömrəli onbirillik Musiqi Məktəbinin
və Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyinin nümayəndələrinə və həmkarlar
ittifaqı komitələrinin sədrlərinə AHİK-in Diplomu və Respublika Komitəsinin
qiymətli hədiyyələri təqdim olundu.
Tədbirdə AHİK-in Əməyin mühafizəsi şöbəsinin müdiri V.Arqutkin iştirak edirdi.