AZ | RU | EN
AZ | EN | RU

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin XXII hesabat-seçki Konfransı keçirilmişdir

25 Apr 2012

 

 

Ümumilikdə 59 nümayəndənin qatıldığı konfransın gündəliyinə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin 2005-ci ilin oktyabr ayından 2012-ci ilin aprel ayına qədər olan dövr üçün hesabatı (məruzəçi MHİRK-in sədri Fəzail Bağırov), Dəmiryolçuların MHİRK-in Təftiş-Nəzarət komissiyasının hesabatı, Azərbaycan Dəmiryolçularının MHİRK-nə yerlərdən birbaşa seçilmiş Komitə üzvlərinin təsdiqi, Azərbaycan Dəmiryolçularının MHİRK-in rəhbər orqanlarının seçilməsi və MHİRK-in sədrinin və müavininin seçilməsi haqqında məsələlər salınıb. XXII Konfransın işində Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Gennadi Kosolapov, Rusiya Dəmiryolçularının və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Sergey Çernov, Gürcüstan Dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin sədri Hamlet Lomidze, Türkiyə Həmkarlar İttifaqları Komitəsinin maliyyə katibi, Türkiyə Dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin sədri Ergün Alatay, Türkiyə Dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin baş katibi Hüseyin Kaya, Türkiyə Dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin katibi İsmail Baygın iştirak etmişlər.

25.04.1225.04.12.2

MHİRK-in sədri Fəzail Bağırov çıxışında deyib ki, ötən dövr ərzində daxil olmuş 2500-dən çox ərizə dəmiryolçuların əməyinin mühafizəsi, mənzil şəraitinin yaxşılaşdırılması, Əmək Məcəlləsinin tələblərinin pozulması, əmək haqqının vaxtında və düzgün ödənilməməsi məsələləri ilə bağlı olub. 2 min 200-dən çox ərizəyə MHİRK-in aparat işçiləri tərəfindən baxılıb və şikayətçilərə yazılı şəkildə cavablar verilib. Hesabat dövründə 7 minə yaxın dəmiryolçu Azəbaycan Həmkarlar İttifaqı Konfederasiyasının xətti ilə ayrılmış yollayış vərəqələri hesabına sağlamlığını bərpa etmək üçün respublikanın müxtəlif sanatoriyalarında müalicə alıb və istirahət edib. Onun sözlərinə görə, 2 ilə yaxındır ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsədov ayda iki dəfə dəmiryolçuları qəbul edir, problemlərin həllini diqqət mərkəzində saxlayır: “Kadrların düzgün seçilib yerləşdirilməsi “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi ilə MHİRK arasında bağlanmış sazişə müvafiq qaydada həyata keçirilir. Yəni işə qəbul və yaxud işdən azad olunma bütün hallarda həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırılır”. O, Biləcəri Mərkəzi Dəmiryol Xəstəxanasının həkimlərini dəmiryolçulara daha həssas və qayğı ilə yanaşmağa çağırıb.

25.04.12.5 25.04.12.1

Fəzail Bağırov Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin gələn il Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri postuna seçkilərdə Konfederasiyanın hazırkı sədri Səttar Mehbalıyevi dəstəkləyəcəyini də bildirmişdir.

Konfransın işində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev iştirak və çıxış etmişdir. 

FAYDALI KEÇİDLƏR