AZ | RU | EN
AZ | EN | RU

Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqının IV Qurultayı keçirilmişdir

03 Oct 2012

F. Quliyev qeyd etmişdir ki, bu il Dövlət Xəzər Gəmiçiliyi keçmiş SSRİ məkanında öz infrastrukturu və donanmasını qoruyub saxlayan yeganə müəssisədir və bu il onun154 yaşı tamam olub. Qonşu ölkələrdə gəmiçiliklər özəlləşdirilsə də onlar çətinliklə fəaliyyət göstərir. Bizim Gəmiçilik isə ildən ilə gəmilərinin sayını artırır. 2001-ci ildən başlayaraq yeni-yeni gəmilər hesabına Gəmiçiliyin donanması zənginləşir. Azərbaycanda kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Dövlət Dəniz Akademiyası yaradılıb. Artıq onun diplomu dünyanın 163 ölkəsi tərəfindən tanınır. Gəmiçilik dövlətin iqtisadi maraqlarına xidmət etməklə yanaşı, vətəndaşların sosial problemlərinin həllində də öz töhvəsini verir. Belə ki, Naftalan və Goranboyda məskunlaşan qaçqın və məcburi köçkünlər, müharibə və əmək veteranları, şəhid ailələri daim diqqətdə saxlanıb, onlara maddi yardım edilib. Onun sözlərinə görə, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması məqsədliə 50 yoxlama aparılıb, aşkar edilmiş nöqsanlar barədə təqdimatlar tərtib edilib. Hesabat dövründə Komitəyə maddi yardım üçün 483 nəfər müraciət edib: “Respublika Komitəsində görülmüş işlərlə yanaşı, bir sıra çətinliklər də mövcud olub. Qarşıya çıxan bütün problemlərdən çıxış yolları axtarılıb, qarşılıqlı anlaşma şəraitində həllinə çalışılıb”. Ölkədə həyata keçirilən iqtisadi islahatlar və uğurlardan danışan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev qeyd etmişdir ki, iqtisadiyyatın dinamik inkişafı nəticəsində 55 milyard manatdan artıq ÜDM istehsal edilib. Heftdən gələn gəlir hesabına qeyri-neft sektorunun inkişafı təmin edilib, regionların sosial-iqtisadi inkişaf proqramı qəbul edilib. Nəticədə regionlarda yeni iş yerləri açılıb, işsizlik və yoxsulluğun səviyyəsi aşağı düşüb. Gənclərin Bakıya axınının qarşısı alınıb. Son 8 ildə ölkədə bir milyon yeni iş yeri açılıb ki, onun da 800 mini daimi iş yerləridir. Artıq Azərbaycanda ixracyönümlü məhsul istehsalına başlanıb, qeyri-neft sektorunun inkişafı təmin edilib. Azərbaycanın Ehtiyat Fondu ölkənin iki illik dövlət büdcəsi həcminə çatdırılıb. AHİK sədri onu da əlavə etmişdir ki, son iki ildə həmkarlar ittifaqları ilə bağlı qanunvericiliyə 24 əlavə və dəyişiklik edilib.

 03.10.12.2 03.10.12 

 03.10.12.3

 Sonra qurultayda Təftiş Komissiyasının məruzəsi dinlənilib, Komitənin nizamnaməsinə əlavə və dəyişiklik edilib. Fərhaq Zeynal oğlu Quliyev yenidən Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilib. Tədbirdə Səttar Suliddin oğlu Mehbalıyevin yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrliyinə namizədliyini irəli sürülmüşdür.

FAYDALI KEÇİDLƏR