AZ | RU | EN
AZ | EN | RU

Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqının növbədənkənar qurultayı keçirilmişdir

08 Apr 2014

 

F. Quliyevin xahişi qəbul olunmuşdur. Həmin vəzifəyə Xəzər Dəniz Neft Donanması Həmkarlar İttifaqı Komitəsinin sədri Səməd Allahverdiyevin namizədliyi təklif edilmişdir. Səməd müəllimin əmək fəaliyyəti haqqında qurultay nümayəndələrinə məlumat verilmişdir. Bildirilmişdir ki, o, taleyini dənizçiliyə bağlamış ixtisaslı kadrdır. Həmkarlar ittifaqı işində böyük təcrübəyə malikdir. Əməyi həm dövlətimiz, həm də AHİK və sahə həmkarlar ittifaqı tərəfindən medallarla, Fəxri fərmanlarla qiymətləndirilib. Sahə işçiləri arasında nüfuz sahibidir. S. Allahverdiyevin namizədliyi yekdilliklə müdafiə edilib.

Qurultayda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev çıxış edib. O yeni seçilən heyəti təbrik edib, onlara uğurlar arzuladı. Etiraf etdi ki, cəmiyyət rəhbərliyinin istehsalın inkişafı, işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atacağı addımların uğurla nəticələnməsi həmkarlar ittifaqlarının səmərəli fəaliyyətindən çox asılıdır. "Biz mövcud problemləri aşkara çıxarıb onları birlikdə həll etməliyik", -dedi. "Mən sosial dialoqun tərəfdarıyam. İşçilər heç də həmişə müdiriyyətlə ünsiyyət qurmağa bir o qədər də cəhd göstərmirlər. Daha çox həmkarlar ittifaqı təşkilatına ürək qızırlar. Ona görə də birlikdə işləməyimiz həm istehsalat, həm də işçilər üçün olduqca faydalıdır”.

08.04.14.1 08.04.14

Qurultayda AHİK sədri, millət vəkili Səttar Mehbalıyev yekun söz söylədi. O da ilk növbədə Respublika Komitəsinin yeni tərkibini təbrik etdi. Səttar müəllim yeni tərkibin həmkarlar ittifaqı hərəkatı qarşısında duran missiyanı məsuliyyətlə həyata keçirəcəyinə əmin olduğunu bildirdi. Qeyd etdi ki, AHİK-in təşəbbüsü ilə "Həmkarlar ittifaqları haqqında" qanunda, Əmək Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində bir sıra mühüm dəyişikliklər olunub. Bunlar həmkarlar ittifaqı təşkilatlarına işçilərin hüquqlarını qorumaq baxımından əvəzsiz hüquqlar verir. S.Mehbalıyev dedi ki, MDB ölkələrində heç bir respublikanın həmkarlar ittifaqları Azərbaycanda mövcud olan qanunvericilik bazasına malik deyil. Bu, beynəlxalq səviyyəli tədbirlərdə də etiraf olunur. Biz bu bazadan maksimum bəhrələnməliyik.

AHİK sədri HİK-ləri reallıqdan çıxış etməyə çağırdı. "Kollektiv müqavilələr bağlanarkən müəssisənin iqtisadi, maliyyə imkanları öyrənilməlidir", - dedi. “İqtisadi artımlar işçilərin gəlirlərində öz əksini tapmalıdır. İşəgötürənin təşəbbüsü ilə işçi işdən çıxarılarkən ədalətli mövqe tutulmalıdır. Təşəbbüs öyrənilmədən razılıq verilməməlidir. İşəgötürən qərəzli mövqe tutubsa, işçinin günahı, səhvi istehsala ciddi ziyan törətmirsə "yox" deməkdən çəkinməməlisiniz”.

Səttar müəllim gəmiçiliyin rəhbərliyindən həmkarlar ittifaqının hüquqlarına hörmətlə yanaşmağı, bütün problemlərin həllinə dialoq yolu ilə nail olmağı xahiş etdi.

ÜLFƏT qəzeti

12.04.2014-cü il

FAYDALI KEÇİDLƏR