AZ | RU | EN
AZ | EN | RU

Dövlət Sosial Müdafiə Fondu hesabına ödənilən müavinətlərin almaq hüququ

06 May 2011

• hamiləliyə və doğuma görə müavinət;

• uşağın anadan olmasına görə birdəfəlik müavinət;

• qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət;

• dəfn üçün müavinət;

2. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır.

3. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət qazancın aşağıda göstərilən faizi miqdarında verilir:

- Əmək şikəstliyi və ya peşə xəstəliyi nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət qazancın 100 faizi miqdarında verilir.

- Əmək şikəstliyi və ya peşə xəstəliyindən başqa, əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinət qazancın əlillərə 150, digərlərinə iş stacından asılı olaraq 100, 80, 60 faiz miqdarında verilir.

4. Hamiləliyə və doğuma görə müavinət 6 ay sosial sığorta stacı olmaq şərti ilə bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir.

Hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə hamiləliyə və doğuma görə müavinət sosial sığorta stajından asılı olmayaraq təminat xərcliyinin 100 faizi miqdarında verilir.

5. Aşağıda göstərilən birdəfəlik və aylıq müavinətlər Azərbaycan Respublikası Prezidentinin Fərmanları ilə vaxtaşırı tənzimlənir:

- Uşaq doğularkən ailəyə qanunvericilikdə müəyyən olunmuş məbləğdə 75 manat birdəfəlik müavinət (Fərman 23.12.2009-cu il).

Təbii iqlim şəraitindən asılı olaraq əmək haqqına rayon əmsalı tətbiq edilən yerlərdə yaşayan şəxslərə müavinətin məbləği yüksəkliyə görə müəyyən edilmiş əmsallar nəzərə alınmaqla verilir.

İki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət hər uşağa görə verilir.

-Uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü işləyən qadınlar qismən ödənişli məzuniyyət almaq hüququna malikdirlər.

Həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə hər uşaq üç yaşına çatanadək qanunvericilikdə müəyyən olunmuş məbləğdə, bir yaş yarımadək - 20 manat, bir yaş yarımdan 3 yaşadək - 10 manat miqdarıda müavinət verilir (Fərman 27.08.2008-ci il).

Çernobıl qəzası nəticəsində şüa xəstəliyinə tutulmuş, bu xəstəliyi keçirmiş, habelə əlil olmuş şəxslərə uşağa qulluq üzrə qismən ödənişli məzuniyyət üçün müavinət qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş müavinətdən iki dəfə artıq məbləğdə ödənilir.

- Dəfn üçün müavinət qanunvericilikdə müəyyən olunmuş qaydada 100 manat (Fərman 27.08.2008-ci il). Pensiyaçı vəfat etdikdə isə dəfn üçün müavinət Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən «Əmək pensiyaları haqqında» qanunun 42-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli miqdarında ödənilir.

Azərbayсan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilən müavinətlərin almaq hüququ

6. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanunu müavinətlərin aylıq və birdəfəlik təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir.

«Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanunu 7 fevral 2006-cı ildə təsdiq edilmişdir. 2010-cu il sentyabr ayının 1-dən müavinətlər artırılmışdır.

Sosial müavinətlər alanlar sırasına əmək qabiliyyəti olmayan şəxslər:

1. Əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşlı qadınlar və 67 yaşlı kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları.
1.1. Aylıq müavinətlərin növü və miqdarı

- yaşa görə müavinət - 50 manat

- əlillik «ümumi xəstəlik», «hərbi xidmət dövründə xəstələnmə», «əmək zədəsi və peşə xəstəliyi», «hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar», «Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar» səbəbindən baş verdikdə əlilliyə görə müavinət:

I qrup əlillərə – 55 manat

II qrup əlillərə – 40 manat

III qrup əlillərə – 35 manat

- sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət – 55 manat

- ailə başçısını itirməyə görə – 45 manat

- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal və digər xidmətlərə görə müavinət Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə tənzimlənir.

- Əmək pensiyası almaq hüquq olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlauında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və «Leninqradın müdafiəsinə görə» medalı, «Leninqrad mühasirəsində yaşayan» döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRi silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət – 30 manat;

- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət – 50 manat;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına

himayəçilərinə) müavinət -35 manat;

- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət – 30 manat.
1.2. Birdəfəlik müavinətlər:

- radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət – 160 manat;
- uşağın anadan olmasına görə müavinət – 75 manat;

- dəfn üçün müavinət – 100 manat.

7. Ünvanlı sosial yardım almaq hüququ

Ünvanlı sosial yardım ailə üzvlərinin sayından asılı olaraq təyin olunur.

Sosial yardım təyin olunması üçün əsas şərtlər bunlardır:

- sosial yardım təyin olunarkən ailənin yalnız ölkə ərazisində yaşayan və müraciətdən əvvəlki 1 il ərzində ailədə adambaşına orta aylıq gəlirləri onlardan asılı olmayan səbəblərdən ehtiyac meyarından aşağıdır.

- ehtiyac meyarı ünvanlı sosial yardımın təyin olunması məqsədilə istifadə olunacaq şərti göstəricidir və onun məbləği ildə bir dəfə dövlət büdcəsilə birgə təsdiqlənir.
Ehtiyac meyarı 2011-cu ilin yanvarın 1-dən 75 manat məbləğində müəyyən edilmişdir.

 

FAYDALI KEÇİDLƏR