AZ | RU | EN

Dövlət İdarələri Həmkarlar İttifaqı xeyirxah missiyanı davam etdirib

12 May 2020

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının koronavirus pandemiyası ilə bağlı həyata keçirdiyi tədbirlərdə yaxından iştirak edir.

Respublika Komitəsi öz büdcəsi hesabına xüsusi yardıma və qayğıya ehtiyacı olan həmkarlar ittifaqı üzvlərinə və aztəminatlı ailələrə ərzaq yardımlarının paylanması üçün qərar qəbul edib. Bu məqsədlə Bakı şəhərində və Respublikanın bir sıra şəhər və rayonlarında yaşayan 400-dən artıq aztəminatlı ailəyə ərzaq sovqatının paylanılması işlərinə start verilib.
Mayın 7-dən etibarən Respublika Komitəsi aparatının işçiləri tərəfindən ərzaq bağlamalarının Bakı şəhərində yaşayan ehtiyacı olan ailələrin ünvanlara çatdırılması başa çatdırılıb. Hazırda isə bölgələrdə və ucqar kəndlərdə yaşayan vətəndaşlara ərzaq bağlamalarının çatdırılması məqsədilə Respublika Komitəsinin aparat işçiləri həmin rayonlara ezam olunublar.
Koronavirus pandemiyası şəraitində Respublika Komitəsi tərəfindən maddi və mənəvi yardımlar göstərilməsi gələcəkdə də davam etdiriləcəkdir.