Dövlətlə xalqın sarsılmaz birliyinin təcəssümü
12 Apr 2016
Bu gün Azərbaycan xalqında çox böyük ruh yüksəkliyi var. Hər kəs qürurla Azərbaycan Ordusunun qazandığı qələbədən danışır və fəxarət hissi yaşayır. İgid oğullarımızın qəhrəmanlığı, qazanılan qələbəni Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin təntənəsi kimi dəyərləndirilərək xalq-dövlət birliyinin gücü, ordumuzun rəşadəti sayəsində torpaqlarımızın tezliklə düşmən işğalından azad ediləcəyinə, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıdacaqlarına inam ifadə edib.
İşğalçı Ermənistanın hərbi birləşmələrinin atəşkəs rejimini pozaraq mövqelərimizə etdiyi hücumların qarşısını alan Azərbaycan Ordusunun əks həmləsi düşmənə baha başa gəldi. Hər bir sahədə tənəzzülə uğrayan, regionda həyata keçirilən bütün layihələrdən kənarda qalan Ermənistanın illərdir təmas xəttində möhkəmləndirdiyi müdafiə xətti Azərbaycan Ordusunun zərbəsinə tab gətirmədi. Bu, bir daha dünyaya sübut etdi ki, Azərbaycanın xalqa arxalanan Ali Baş Komandanı və qüdrətli ordusu var. Hazırda Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir ki, ordumuz istənilən vəzifəni icra edə bilər.
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə 31 igid oğlumuzu itirdik. Vətən uğrunda canlarından, qanlarından keçən əsgərlərimiz xalq tərəfindən qəhrəman, müqəddəs şəhid kimi torpağa tapşırıldı və onların ailələri, yaxınları “Vətən sağ olsun!” deyərək, əsl dəyanət, vətəndaşlıq mövqeyi nümayiş etdirdilər. Bunların özü də döyüşçülərimizin onsuz da yüksək olan döyüş ruhunu daha da artırdı. Dünya gördü ki, Azərbaycan bütün hərbi imkanlara, ən əsası isə xalq-ordu-Ali Baş Komandan birliyinə, istənilən hərbi əməliyyatı reallaşdıra biləcək orduya malikdir.
Bu gün güclü Azərbaycan və xalqın Prezidentinə inamı torpaqlarımızın işğaldan azad olunmasını sürətləndirir. Xalq Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə inanır və güvənir. Ona görə də tam əminliklə deyə bilərik ki, əgər Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsi üçün hərbi əməliyyatların keçirilməsinə əmr versə, sosial statusundan asılı olmayaraq, hər bir azərbaycanlı döyüşə gedəcək, canından, qanından keçəcək. Çünki hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin ətrafında mütəşəkkil və sıx birləşib.
Ölkədə baş verən istənilən hadisəyə dərhal öz münasibətini bildirən, həm xoş gündə, həm dar məqamda Azərbaycan xalqının yanında olan dövlət başçısı İlham Əliyevin və xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın məlum hadisədən sonra atdıqları addımlar dövlətlə xalqın mükəmməl birliyinin təcəssümünü bir daha göstərdi.
Öncə Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi hospitalında yaralı hərbçilərə baş çəkərək onların son durumu ilə tanış oldu. Ali Baş Komandan yaralı əsgərlərlə bir-bir görüşərək onların hansı şəraitdə yaralandığı və səhhətləri ilə maraqlandı. Əsgərlərə böyük qəhrəmanlıq göstərdiklərini bildirərək təşəkkür etdi: “Sizə minnətdarlığımı bildirmək istəyirəm. Vətən uğrunda, torpaq uğrunda qəhrəmancasına vuruşmusunuz. Vətəni, ərazi bütövlüyümüzü qorumusunuz. Azərbaycan xalqı sizinlə fəxr edir. Döyüşlərdə yaralanmısınız, ancaq qələbə qazanmısınız. Siz torpaqların azad edilməsi üçün artıq nə lazımdırsa, etmisiniz. Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi, düşmən təxribatının qarşısını aldı. Təmas xəttində yaranmış vəziyyət onu göstərir ki, doğrudan da, Azərbaycan Ordusu, Azərbaycan əsgəri, zabiti böyük işlərə qadirdir, qəhrəmandır. Ərazi bütövlüyümüzün bərpası hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Sizin kimi övladlar Vətənin şöhrətini ucaldırlar”.
Sonra dövlət başçısı yaralı hərbçilərin valideynləri, yaxınları ilə də söhbət edib onlara da təşəkkür edərək dedi ki, uşaqlar müstəqillik dövründə formalaşıblar. Onlar müstəqil Azərbaycan bayrağı altında böyüyüblər. Onlarda milli qürur hissi, milli ləyaqət hissi çox yüksəkdir.
Aprelin 7-də isə erməni təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adından ehsan verildi. Mehriban xanım Əliyeva şəhid olan və yaralanan hərbçilərin ailə üzvləri, həmçinin yaxınları ilə görüşdü, şəhid analarına və onların doğmalarına dərin hüznlə başsağlığı verdi, yaralılara şəfa dilədi: “Bu gün bizim qəhrəman döyüşçülərimiz Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirirlər. Bu günlər bütün xalqımız həm qələbə sevinci, qələbə duyğusu, eyni zamanda, kədər hissi yaşayır. Əziz analar, mən bir ana kimi sizin qarşınızda baş əyirəm. Siz elə övladlar böyütmüsünüz ki, bu gün bütün xalq onlarla fəxr edir. Əlbəttə, heç bir ana istəməz ki, müharibə olsun, övladlarımız gənc yaşında dünyalarını dəyişsin”.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti vətəndaşların müsbət qiymətini alır. Mehriban xanımın öz xalqının maraqlarının müdafiəsinə yönəlmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin həyatında rolu barədə aydın təsəvvür yaradır. Bu gün Azərbaycan qadını Mehriban Əliyeva ilə fəxr edir, ondan nümunə götürür. Xeyirxahlıq, mərhəmət və şəfqət Mehriban xanım Əliyeva üçün, həqiqətən də, önəmlidir və onun həyat fəlsəfəsinin ayrılmaz hissəsidir.
Aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dövlət başçısı bir daha cəbhədə baş verənlərə toxundu. Prezident vurğuladı ki, Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmiş və təxribatın qarşısı alınaraq düşmənə layiqli cavab verilmişdir. Eyni zamanda Azərbaycan öz torpaqlarını qoruya, öz hərbi mövqelərini daha da möhkəmləndirə bilmişdir. Bu qanlı toqquşma bir daha onu göstərir ki, Ermənistan işğalçı siyasətini davam etdirir, sülh istəmir.
Silahlı Qüvvələrimizin Ali Baş Komandanı bir daha hər kəsin diqqətinə çatdırdı ki, Azərbaycan öz torpaqlarını müdafiə edir, başqa dövlətin torpağında gözü yoxdur. “Biz öz torpağımızı heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın” deyə Prezident İlham Əliyev qətiyyətlə vurğuladı.
Həm dövlət başçısının, həm də Mehriban xanım Əliyevanın bu cür fəaliyyəti hər bir azərbaycanlıda qürur hissi yaşadır. Bu, dövlətlə xalqın sarsılmaz birliyinin təcəssümü, Azərbaycan xalqının ucalığının göstəricisidir.

Səttar MEHBALIYEV,
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

AZƏRBAYCAN qəzeti 12.04.2016-cı il