AZ | RU | EN
AZ | EN | RU

Dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş müsabiqənin keçirilməsi haqqında ƏSASNAMƏ

20 Jul 2011

 

 

Ümumi müddəalar.

Müsabiqə «Layiqli əməyin təminatı», «Regionların inkişafı üzrə» və digər proqramlara istiqamətləndirilmişdir.

Müsabiqə, müxtəlif peşələr üzrə işləyən insanların nailiyyətlərini və gündəlik həyatlarını əks etdirməyi bacaran foto, təsviri və tətbiqi sənət dərnəklərinin, həvəskar birliklərinin, foto və rəsm həvəskarlarının ən yaxşı işlərini seçib üzə çıxarmağa yönəldilmişdir.

 

Məqsəd və vəzifələri.

Müsabiqəni  keçirməkdə əsas məqsəd gənclərdə əməyə hörmət və məhəbbət hisslərini tərbiyə etmək, qabaqcıl təcrübəni yaymaq, texniki yenilikləri, iqtisadi və kənd təsərrüfatı biliklərini təbliğ etmək, işçi peşələrinin nüfuzunu yüksəltmək, insanların yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq, eyni zamanda ictimaiyyətin və səlahiyyətli orqanların diqqətini sosial-əmək münasibətlərinin müxtəlif aspektlərinə (əmək şəraitinin təşkili, istehsalat mədəniyyəti, zəhmətkeş insanın fəal həyat tərzi, həmkarlar ittifaqının kütləvi tədbirlərində iştirakı və s.) cəlb etməkdir.

 

Müsabiqənin əsas vəzifələri aşağıdakılardır:

- müxtəlif sənaye, kənd təsərrüfatı və qeyri-istehsal sahələrinin inkişafında işçi insanın rolu və onun təbliği;

 

- müasir işçi insanın parlaq siması, onun dünyagörüşünün, zəngin daxili və mənəvi aləminin geniş təsviri, əməyin yaradıcı xarakterinin dərindən göstərilməsi;

 

- istedadların üzə çıxarılması, onlara düzgün istiqamət verilməsi və hər cür yaradıcılıq köməyinin göstərilməsi;

 

- klub müəssisələrinin özfəaliyyət kollektivlərində təlim-tərbiyə işinin təkmilləşdirilməsi, gənc nəslin mənəvi, əmək və vətənpərvərlik hisslərinin gücləndirilməsi;

 

- həmkarlar ittifaqı sıralarının möhkəmləndirilməsi və yeni üzvlərin cəlb edilməsi.

 

Müsabiqənin şərtləri

 

Müsabiqədə aşağıdakılar  iştirak edə bilərlər:

 

- sahə həmkarlar ittifaqı respublika komitələrinin (federasiyaların) üzvləri, həmçinin onların uşaqları;

 

- fəhlə və qulluqçular, fermerlər, sahibkarlar, kənd təsərrüfatı işçiləri və d. əmək fəaliyyəti ilə məşğul olanlar;

 

- ali və orta ixtisas məktəblərinin tələbə və müəllimləri;

 

- həmkarlar ittifaqlarının xidmət əhatəsindəki klub müəssisələrinin özfəaliyyət foto, təsviri və tətbiqi sənət üzrə dərnək və studiyaları.

 

Müsabiqəyə müəlliflərin son 5 il ərzində  çəkdikləri rəsmlər (yağlı və sulu boya, quaş, akvarel və s), dekorativ tətbiqi işlər (nəqqaşlıq, ağac üzərində oyma, dekorativ əl işləri və s.), rəngli və ağ- qara fotoşəkillər təqdim edilir. Fotoşəkillərin ölçüsü 25x30 sm-dən az olmamalıdır. Qəbul olunan eksponatların sayına məhdudiyyət qoyulmur.

 

Hər bir eksponatın üzərində müəllif haqqında tam məlumat olan blank (əlavə№5) əlavə edilməlidir.

 

Müsabiqəyə təqdim olunmuş işlər AHİK-in Münsiflər Heyəti tərəfindən aşağıdakı kriteriyalar (meyarlar) üzrə qiymətləndiriləcək:

 

- müsabiqənin mövzusu;

 

- kompozisiya həlli;

 

- texniki üsulu;

 

- təsirliliyi, bədii zövqü;

 

- originallığı.

 

Müsabiqəyə təqdim olunmuş əsərlərdə əmək və əməyə məhəbbət mövzusu ilə yanaşı Vətənə, ekologiyaya, vətənpərvərliyə aid digər mövzular da öz əksini tapa bilər. Eksponatlar özünə məxsus məna daşımalı, kompozisiya və məzmun baxımından maraqlı olmalıdır.

 

Keçirilmə müddəti

 

Müsabiqə üç mərhələdə keçirilir:

 

I mərhələ – sahə həmkarlar ittifaqları orqanları tərəfindən Bakı şəhərində və regionlarda (2011-ci ilin sentyabr-oktyabr ayları).

 

II mərhələ – AHİK tərəfindən Bakı şəhərində, I mərhələnin qalibləri arasında (2011-ci ilin noyabr ayı).

 

III mərhələ – qaliblərin sərgisi, dünya azərbaycanlılarının həmrəylik günü ərəfəsində, Bakı şəhərindəki rəsm qalereyalarından birində nümayiş etdiriləcək (2011-ci ilin dekabr ayı). Yekun sərgidə nümayiş etdirilən fotoşəkillər geri qaytarılmır.

 

Nəticələrin yekunlaşdırılması və qaliblərin mükafatlandırılması

 

Sahə həmkarlar ittifaqları orqanları 10 oktyabr 2011-ci il tarixinə qədər müsabiqənin I mərhələsini  yekunlaşdırır və qalibləri mükafatlandırır.

 

Sahə həmkarlar ittifaqları orqanları I mərhələnin yekunları üzrə qısa məlumatı və qaliblərin işlərini 2011-ci il oktyabrın 25-nə qədər AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinə təqdim edirlər. (Gənclər meydanı 3, otaq 302. Hər gün saat 10-dan 16-ya qədər, şənbə və bazar günlərindən başqa. Əlaqə tel: 497-01-24, 492 66-93 əlavə 3-66).

 

II mərhələyə təqdim edilmiş işləri AHİK-in Münsiflər heyəti diqqətlə nəzərdən keçirir və qalibləri təyin edir. Münsiflər heyətinin qərarına əsasən qaliblər AHİK-in diplomları və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

 

Eyni zamanda 10 nəfər fərqlənən iştirakçı AHİK-in həvəsləndirici hədiyyələri ilə mükafatlandırılacaq.

 

Dünya azərbaycanlılarının həmrəylik gününə

həsr olunmuş «Bu -mənim peşəmdir» başlığı altında foto,

təsviri və tətbiqi sənət müsabiqəsinin hazırlanması

və keçirilməsi üzrə təşkilat komitəsinin (TK)

 

 

 

T Ə R K İ B İ

 

Əliyev İ.A. - AHİK sədrinin I müavini, sədr

Hüseynov N.İ. - Zəhmətkeşlərin mədəni-məişət problemlərəi üzrə analitik tədqiqat şöbəsinin müdiri, sədr müavini

 

ÜZVLƏRİ:

 

Cəfərov Ə.S. - Təşkilat işləri və məlumat şöbəsi müdirinin müavini

Ağamirov N.İ. - Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Arqutkin V.V. - Əməyin mühafizəsi şöbəsinin müdiri

Məmmədov A.O. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Mədəniyyət və İstirahət işləri departamentinin mədəniyyət işləri sektorunun müdiri

Bağırova X.H. - Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin mütəxəssisi

 

 

 

Dünya azərbaycanlılarının həmrəylik gününə

həsr olunmuş «Bu -mənim peşəmdir» başlığı altında foto,

təsviri və tətbiqi sənət müsabiqəsinin hazırlanması

və keçirilməsi üzrə münsiflər heyətinin (MH)

 

 

T Ə R K İ B İ

 

 

Ənvər Ağayev - Azərbaycan Rəssamlar İttifaqı sədrinin müşaviri, dekorativ-sənət bölməsinin sədri, Dünya Rəssamlar Akademiyasının həqiqi üzvü, əməkdar rəssam-sədr

 

ÜZVLƏRİ:

 

Nazim Bəykişiyev - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Azərbaycan Milli Dram Teatrının baş rəssamı, Dövlət mükafatı laureatı, xalq rəssamı

 

Camal Bağırov - AHİK-in Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin fotoqrafı

 

FAYDALI KEÇİDLƏR