AZ | RU | EN
AZ | EN | RU

Fridrix Ebert Fondunun Cənubi Qafqaz üzrə koordinatorunun AHİK-də qəbulu

28 Sep 2011

 

Qonağı salamlayan AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Azərbaycanda həmkarlar hərəkatının inkişafından danışmışdır.

Bildirilmişdir ki, Azərbaycanda həmkarlar ittifaqı təşkilatının yaranması və inkişafı 1904-1905-ci illərə təsadüf edir. Qurum sovet dövründə özünün əsl mahiyyətini göstərə bilməsə də, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində ciddi dönüş yaranmışdır. Bu komitə ölkəmizdəki ən iri həmkarlar ittifaqı təşkilatlarından biridir.

S.Mehbalıyev vurğulamışdır ki, Azərbaycan dövləti öz vətəndaşlarının Konstitusiya ilə təsbit olunmuş hüquqlarının müdafiəsini tam təşkil etmişdir.

AHİK sədri dünyanın məşhur Fondu ilə rəhbərlik etdiyi qurumun qarşılıqlı əlaqələrinin qurulmasını yüksək qiymətləndirmişdir.

Ətraflı məlumata, eləcə də göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən M.Yobelius təmsil etdiyi Fondun fəaliyyətindən danışmışdır. Qonaq bildirmişdir ki, Fridrix Ebert Fondu sosial-demokratiya və mədəniyyət sahələrində fəaliyyət göstərən azad və qeyri-kommersiya təşkilatıdır. Bu nüfuzlu təşkilatın fəaliyyəti təkcə Almaniyanı deyil, bütün dünyanı əhatə edir. Fond ilə bir çox təşkilatlar arasında qarşılıqlı əməkdaşlığa dair müqavilələr imzalanmışdır. Dünyanın müxtəlif ölkələrində Fondun 33 ofisi fəaliyyət göstərir.

 Qonaq AHİK-in gələcək planları ilə də maraqlanmışdır.

 

28.09.11-1 28.09.11-3

 

FAYDALI KEÇİDLƏR