AZ | RU | EN

Emin Əfəndiyev Beynəlxalq Səhiyyə İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezident seçilib

18 May 2021

Mayın 18-də Beynəlxalq Səhiyyə İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının videokonfrans yolu ilə növbəti X Konqresi keçirildi. 

Konqresin işində 9 üzv təşkilatın və Ümum Həmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) nümayəndələri iştirak ediblər.
Beynəlxalq Səhiyyə İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının hesabat dövrü üçün əsas fəaliyyəti katib G.A Şerbakov tərəfindən təqdim edildi.
Məruzədə səhiyyə işçiləri sahə həmkarlar ittifaqlarının səhiyyə işçilərinin sosial-iqtisadi hüquqlarının və mənafelərinin qorunmasında, beynəlxalq həmkarlar ittifaqı hərəkatının gücləndirilməsində və Konfederasiya həmkarlar ittifaqlarının birgə fəaliyyətində sıx əməkdaşlığının böyük əhəmiyyəti vurğulandı. Konfederasiya qarşıdakı hesabat dövrü üçün pandemiya ilə əlaqəli prioritet sahələri müəyyənləşdirdi.
Konqresdə Beynəlxalq Konfederasiyanın Nizamnaməsinə, Təftiş Komissiyası haqqında Əsasnaməyə dəyişiklik və əlavələr edildi. 
Rusiya Federasiyası Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Anatoli Domnikov Beynəlxalq Səhiyyə İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti, Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Emin Əfəndiyev vitse-prezident seçildilər. Konfederasiyanın Baş katibi Gennadi Alekseyeviç Şerbakov seçildi.