“Əsgərə Məktub” layihəsinə start verildi
02 Nov 2020
Silahlı Qüvvələrinin əsgərlərinə göstərdiyi möhkəm iradəyə görə minnətdarlığımızı, var gücümüzlə dəstəyə və döyüşə hazır olduğumuzu bildirmək, onlarda ruh yüksəkliyini daha da artırmaq üçün Azərbaycan həmkarlar ittifaqları “Əsgərə Məktub” layihəsinə start verdi.
Müxtəlif sahələrdə çalışan həmkarlar ittifaqı üzvləri, eləcə də onların ailə üzvlərindən daxil olmuş məktublar AHİK-də ayrılmış xüsusi ünvana toplanılır. Toplanmış məktubların hər cür maddi-texniki resurslarla təmin olunmuş Azərbaycan əsgərinə çatdırılması onlara mənəvi dəstəyimizi əks etdirir.
Həmkarlar ittifaqları olaraq inanırıq ki, üzvlərimizin bu təşəbbüsü hər bir vətəndaş tərəfindən dəstək görəcək və ölkəmizin qazanacağı böyük qələbəyə kiçik bir töhfə olacaqdır.
Məlumat üçün qeyd edək ki, ilkin mərhələdə toplanan 600 dən çox məktub cəbhə bölgəsində döyüşən əsgərlərimizə göndərildi.