AZ | RU | EN
AZ | EN | RU

Fəal tələbələrə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü verilib

03 Mar 2015

03.03.15.1Martın 3-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 2014-2015-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin adlı təqaüdü verilmişdir.

Bu münasibətlə keçirilən tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə təhsilin inkişafına xüsusi dövlət qayğısından danışıb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın əhəmiyyətini qeyd edən ATİAHİ Respublika Komitəsinin sədri proqram çərçivəsində xeyli gəncin dünyanın nüfuzlu universitetlərində təhsil aldığını xatırlatmışdır.

03.03.15.2 03.03.15

03.03.15.3

Dövlət gənclər siyasətinin uğurlu nəticələrindən söz açan S.Mehbalıyev bildirib ki, rəhbərlik etdiyi qurum gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər həyata keçirir. Bununla yanaşı aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının yaxşılaşdırılması ilə bağlı mühüm addımlar atılır. Belə ki, hər il Komitə tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin edilir.

Bildirilib ki, ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü tələbələrin elmə, təhsilə marağını artırmaq məqsədi ilə 1995-ci ildə təsis edilib.

S.Mehbalıyev təhsildə uğur qazanan tələbələri təbrik edib, uğurlar arzulayıb.

Sonra təhsildə uğurlu nəticələr əldə edən və həmkarlar ittifaqı fəalı olan 60 tələbəyə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib.

FAYDALI KEÇİDLƏR