Bədii yaradıcılıq festivalının yekun konserti keçirilmişdir
02 May 2011
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə təşkil olunan tədbirin əsas məqsədi tələbələrin milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir. Festival həmçinin tələbələrin mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır. Eyni zamanda, festivalın keçirilməsi tələbə həmkarlar ittifaqı komitələrinin tələbələrin asudə vaxtlarının səmərəli və mənalı təşkilində, tələbə gənclərin cəmiyyət tərəfindən qəbul edilməyən mənfi hallara meylinin qarşısını almağa yönəldilmişdir.
Baxış-müsabiqədə Təhsil Nazirliyi sistemindəki ali məktəblərin əyani şöbələrində təhsil alan tələbələrdən ibarət incəsənətin müvafiq janrları üzrə fəaliyyət göstərən özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı tək ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər iştirak etmişlər.