AZ | RU | EN
AZ | EN | RU

Fəttah Heydərova "Həmkarlar ittifaqında xidmətə görə" medalı təqdim olundu

03 Feb 2017

Fevralın 3-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərova AHİK-in "Həmkarlar ittifaqında xidmətə görə" medalını təqdim edib. S.Mehbalıyev təqdimetmə mərasimində çıxış edərək F.Heydərovun dövlətimiz, xalqımız qarşısında xidmətlərini yüksək qiymətləndirib.

Deyib ki, qlobal dünyamızda yaranmış iqtisadi, maliyyə böhranı dövründə dövlətimizin, xalqımızın ağsaqqal məsləhətinə ehtiyacı var. Sizin sədri olduğunuz təşkilat bu məsuliyyəti yaxşı dərk edir və üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirir.

Hörmətli Fəttah müəllim, şəxsən Siz Azərbaycan həmkarlar ittifaqları ilə sıx əlaqəyə maliksiniz. Sizin təşkilatla birlikdə həmkarlar ittifaqı yaşlı nəslin qayğısına qalır, müştərək tədbirlər həyata keçirir. Təşkilatımız qarşısında xidmətlərinizi, AHİK-lə sıx əməkdaşlığınızı nəzərə alaraq Sizi "Həmkarlar ittifaqında xidmətə görə" medalı ilə təltif etməyi lazım bildik.

F.Heydərov bu diqqətə görə AHİK-in rəhbərliyinə, şəxsən Səttar Mehbalıyevə minnətdarlıq edib.

FAYDALI KEÇİDLƏR