AZ | RU | EN
AZ | EN | RU

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində "İnşaatçılar Günü" münasibətilə tədbir keçirilib

10 Apr 2017

Aprelin 10-da Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə “İnşaatçılar Günü” münasibətilə tədbir keçirilib. Əvvəlcə, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbiri açıq elan edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Azərbaycan inşaatçılarının fədakar əməyindən söz açaraq onların fəaliyyətini yüksək qiymətləndirib, ölkə ərazisində aparılan tikinti-quruculuq işlərinə Fövqəladə Hallar Nazirliyinin sözügedən sahədə çalışan əməkdaşlarının da xüsusi töhfə verdiklərini vurğulayaraq onları peşə bayramı münasıbətilə təbrik edib.

Mehman İsmayılov qeyd edib ki, hər il ölkə inşaatçılarının peşə bayramının təntənəli şəraitdə qeyd olunması dövlət başçısı cənab İlham Əliyevın tikinti sektorunun inkişafına, bu sahədə çalışan insanların çətin və şərəfli əməyinin layiqincə qiymətləndirilməsinə diqqət və qayğısının bariz nümunəsidir

Toplantıda çıxış edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov olkəmizdə son illərdə həyata keçirilmiş və hazırda davam etdirilən tikinti işləri barədə geniş məlumat verib. Agentliyin fəaliyyətinə toxunaraq qeyd edib ki, rəhbərlik etdiyi qurum yaradıldığı gündən bu günə kimi, tikinti təhlükəsizliyi normalarına riayət olunması sahəsində qanunvericiliklə üzərinə düşən vəzifələrin icrasından ötrü bütün zəruri addımları atmış və hazırda da bu sahə ilə bağlı qabaqcıl dünya təcrübəsi öyrənilərək tətbiq olunur, son texnoloji yeniliklərdən istifadə edilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov ölkəmizin böyük tikini meydançasına çevrildiyini xatırladaraq aparılan tikinti-quruculuq, abadlıq-bərpa işləri nəticəsində şəhər və kəndlərimizin simasının gözəlləşdiyini vurğulayıb, bütün bu nailiyyətlərdə FHN-in aidiyyəti qurumlarının da böyük payı olduğunu diqqətə çatdırıb. C. Alxasov tədbir iştirakçılarına uğurlar arzulayaraq onları peşə bayramı münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən Agentliyin əməkdaşları da hər il aprelin 10-nun ölkədə "İnşaatçılar günü" kimi bayram edilməsini Azərbaycan Prezidentinin bütövlükdə tikinti kompleksi işçilərinin - inşaatçı, memar və layihəçilərin əməyinə verdiyi yüksək dəyər kimi qiymətləndiriblər.

Tədbirdə "İnşaatçılar Günü" münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının İcraiyyə Komitəsi tərəfindən Agentliyin aparat və qurumlarında çalışan, yubiley yaşları tamam olan və vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusilə fərqlənmiş 22 əməkdaşa fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.    

Bundan əlavə, Agentliyin 3 əməkdaşı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəxri fərmanları ilə təltif ediliblər.


FAYDALI KEÇİDLƏR