AZ | RU | EN
AZ | EN | RU

FHN işçilərinin Həmkarlar İttifaqı Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib

01 Feb 2019

Fevral 1-də Fövqəladə Hallar Nazirliyində FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, nazirliyin əməkdaşları iştirak edib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra tədbiri giriş sözü ilə açan FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq 2 fevral tarixinin ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd edilməsindən, gənc nəslə göstərilən yüksək dövlət qayğısından bəhs edib. Qeyd edib ki, gənclər siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev FHN rəhbərliyi adından gəncləri 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik etmiş, vurğulamışdır ki, Azərbaycanda gənclər siyasətinin banisi ulu öndər Heydər Əliyevin gənc kadrların yetişdirilməsində əvəzsiz xidmətləri olub. Bildirilib ki, bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərə xüsusi diqqət göstərir və möhtərəm Prezidentimizin gənclərlə bağlı imzaladığı fərman və sərəncamları bunun ən bariz nümunəsidir. Nazir müavini deyib ki, Azərbaycan dövlətinin bu mütərəqqi siyasi xəttinə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyində gənclərin sosial problemlərinin həlli, onların vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxışında Azərbaycanın bu gün keçdiyi inkişaf mərhələsində gənclərin rolundan danışıb. O, Azərbaycan gənclərinin keyfiyyətli təhsil almaları və əmək fəaliyyətlərinin təşkili məqdəsilə Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradıldığını qeyd edib.
Gənclər adından çıxış edən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin zabiti Kamal Mustafayev onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürünü bildirib.
Çıxışlardan sonra xidmətdə fərqlənən və vəzifə borcunu layiqincə yerinə yetirmiş Nazirliyin bir qrup əməkdaşına Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının fəxri fərman və qiymətli hədiyyələri təqdim edilib.

FAYDALI KEÇİDLƏR