Folklor İnstitutu Həmkarlar İttifaqı üzvlərinə ərzaq yardımı göstərib
24 Jun 2020
AMEA Folklor İnstitutu Həmkarlar Ittifaqı Təşkilatı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xalqa müraciət və çağırışlarına səs verərək Koronavirus pandemiyası dövründə institut əməkdaşları arasında maarifləndirmə işlərinin aparılması, institutun aztəminatlı ailələrinə maddi yardım və ərzaq sovqatlarının paylanması məqsədilə bir sıra tədbirlər həyata keçirib.
Hələ pandemiya dövrünün başlanğıcında
Folklor İnstitutu Həmkarlar İttifaqı Təşkilatı müvafiq sanitariya və
gigiyena-dezinfeksiya xidməti əməkdaşlarının iştirakı ilə Koronavirus pandemiyasına
qarşı bir sıra qabaqlayıcı və önləyici tədbirlər həyata keçirib, otaqlar və dəhlizlər
dezinfeksiya ediblər.
Təşkilat növbəti tədbirini AMEA Azad Həmkarlar
İttifaqının dəstəyi ilə iyun ayının 20-də gerçəkləşdirib. Həmkarlar İttifaqı Təşkilatının
sədri, fil.ü.f.d., dosent T. Orucov və Folklor İnstitutunun ümumi işlər üzrə
direktor müavini A. Gülməmmədovun iştirakı ilə institutun 140-dan çox əməkdaşına
ərzaq yardımı göstərilib.
Folklor İnstitutu Həmkarlar İttifaqı Təşkilatı gələcəkdə
də bu cür xeyirxah tədbirlərinin həyata keçirilməsini planlaşdırır.