Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqı “YAŞAT” Fonduna 50 min manat köçürüb
10 Dec 2020
Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqı işğal altındakı torpaqlarımızın Prezident İlham Əliyevin qətiyyəti, düşünülmüş siyasəti və Ordumuzun qəhrəmanlıq əzmi sayəsində düşmən tapdağından azad olunması, 30 ilə yaxın doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın torpaqlarına qayıdacaqları münasibətilə başda Prezident İlham Əliyev olmaqla bu tarixi Qələbənin qazanılmasında xüsusi payı olan Silahlı Qüvvələrimizi və Vətən müharibəsində milli həmrəylik nümayiş etdirmiş xalqımızı təbrik edib.
Vətənin
azadlığı, ərazi bütövlüyü uğrunda canlarını və sağlamlıqlarını fəda vermiş qəhrəmanlara
və onların ailələrinə diqqət və qayğının göstərilməsini hər zaman fəaliyyətinin
başlıca istiqamətlərindən birinə çevirmiş Fövqəladə Hallar Nazirliyi işçilərinin
həmkarlar ittifaqı dekabrın 9-da “YAŞAT” Fonduna ittifaqın büdcəsindən əlli min
manat məbləğində vəsait köçürüb.
Xatırladaq
ki, Prezident İlham Əliyev dekabrın 8-də Azərbaycan Respublikasının ərazi
bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına
dəstək fondunun- “YAŞAT” Fondunun təsis olunması ilə bağlı Fərman imzalayıb.